18 Oktyabr 16:43

“SOS Uşaq Kəndləri-Azərbaycan”-da  Ailə köməkçisi vakansiyası

SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi Xətai rayon Filialına Ailə köməkçisi vəzifəsinə iş elanı verir:

Vacib kriteriyalar:

• Yaş həddini 30-45 arası
• Təhsili orta ixtisas
• İş təcrübəsi: dayə, müəllim, tərbiyəçi köməkçisi və tibb işçilərinə üstünlük verilir
• Tərbiyəçi Ananı istirahət və məzuniyyət günlərində əvəz edərək Uşaq Kəndində qalmaq imkanı.

İşin təsviri

• Tərbiyəçi Anaya ev işlərində (təmizlik, bazarlıq, yemək hazırlamaq və s.) köməklik etmək
• Ailə evində sanitar gigiyenik-qaydalara riayət etmək
• Uşaqların tərbiyə olunmasında Tərbiyəçi Anaya dəstək
• Uşaqların təhsilinə dəstək
• Uşaqların asudə vaxtlarının təşkilində Tərbiyəçi Anaya dəstək
• Uşaqların bioloji ailələrlə əlaqələrin dəstəklənməsi
• Praktik həyati səriştələrin inkişaf etdirilməsi
• Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl etmək.

Mütləq meyarlar

• Uşaq və ya gənclərlə iş sahəsində azı 2 illik iş təcrübəsi
• Məsləhət vermək və ünsiyyət qurmaq bacarığı
• Sosial və təşkilati bacarıqlar
• Komandada işləmək istəyi və bacarığı
• Uşaq haqları və onların müdafiəsi haqda məlumatlılıq
• Yüksək əxlaqi keyfiyyətlər
• Azərbaycan dili biliyi (Rus dilini bilən namizədlərə üstünlük verilir).

Əlavə meyarlar

• Psixo-pedaqoji sahədə əlavə təhsil (məsələn, ailə terapiyası, inkişaf psixologiyası və s.)
• Dözümlülük, çeviklik
• Stress və böhranın idarə edilməsi bacarığı
• İlk tibbi yardım göstərmək bacarığı
• Kompüter bilikləri.

İş şəraiti:

• Tam məşğulluq
• İş günləri – I-V (Tərbiyəçi Ananı əvəz edən günlərdə şənbə-bazar günlərinə də təsadüf edə bilər)
• Ərazi – Bakı şəhəri
• Əmək haqqı 350 AZN (Vergilər daxil).

Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər (yalnız elektron ərizələr nəzərə alınır). Lütfən nəzərə alın ki, yalnız göstərilən meyarlara ən çox uyğun gələn seçilmiş namizədlərlə əlaqə saxlanılacaq: [email protected]

Xahiş olunur, məktubun “SUBJECT” qrafasında “Ailə köməkçisi Edumap.az” yazasınız.

CV-lərin son göndərilmə tarixi: 30 Noyabr 2019-cu ildir.

SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)