Bazar, 6 İyul, 2025

“Sosial Bağlar-2021” layihəsinə müraciətlərin qəbulu başladı


  • Dərc edildi: 23 İyul, 2021 - 16:40
“Sosial Bağlar-2021” layihəsinə müraciətlərin qəbulu başladı

“Sosial Bağlar-2021” layihəsinə müraciətlərin qəbulu başladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan “Sosial Bağlar” layihəsi üçün müraciətlərin qəbuluna başlanıb.   2021-ci ildə daha 300 nəfərin cəlb olunacağı layihə bağçılıq üçün əlverişli olan rayonları(Ağsu, Astara, Göyçay, İsmayıllı, Kürdəmir, Lənkəran, Oğuz, Qəbələ, Quba, Qusar, Şabran, Şamaxı, Şəmkir, Xaçmaz, Zaqatala) əhatə edir. Həmin rayonlar üzrə mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub digər məşğulluğu olmayan şəxslər layihəyə müraciət edə bilər.   Layihə iştirakçılarına dair digər tələblər aşağıdakılardır:  
  • Bağa baxmağa istək və təcrübəli olmalıdır;
  • Əmlakdan təyinatına uyğun istifadə etməli, bağ salınıb təhvil verildikdən sonra ona düzgün qulluq etməlidir;
  • Bağ təhvil verildikdən sonra onun saxlanmasına iştirakçı bilavasitə məsuliyyət daşıyır;
  • Yerli məşğulluq mərkəzlərində təşkil olunan müvafiq təlimlərdə iştirak etməlidir;
  • Podratçının və yerli məşğulluq mərkəzlərinin nümayəndələrinə bağda monitorinq keçirilməsinə, təhvil-təslim edilməsinə, video və foto çəkilişlərin aparılmasına şərait yaradılmalıdır;
  • Bağın və ona təhvil verilmiş əmlakın 1 il ərzində üçüncü şəxslərin istifadəsinə və sərəncamına verilməsı qadağandır.
  Layihəyə cəlb edilən namizədlərin qiymətləndirilməsi zamanı onların aztəminatlılıq meyarlarına uyğunluğu və torpağın bağçılıq üçün yararlı olması əsas götürüləcək.   Layihənin icrası zamanı şəhid ailələrinə, qazilərə, habelə sosial cəhətdən həssas kateqoriyadan olan digər şəxslərə üstünlük verilir. Proqramahttp://bit.ly/MesgullugLayihelerlinkinə daxil olaraq və yamüvafiq Ərazi Məşğulluq Mərkəzlərinə müraciət etməklə qeydiyyatdan keçməkmümkündür.   Son müraciət tarixi 1 sentyabrdır.   Qeyd edək ki, 2018-2020-ci illərdə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə birgə icra olunmuş “Sosial Bağlar” layihəsi üzrə həssas qruplardan olan 625 ailə üçün bağçılıq təsərrüfatları yaradılıb.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 199
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 86
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 272
Məktəbəhazırlıq qrup...