reklam

“Sosial bağlar” layihəsinə müraciət qəbulu iyun ayı ərzində də davam edəcək

“Sosial bağlar” layihəsinə müraciət qəbulu iyun ayı ərzində də davam edəcək

Özünüməşğulluq proqramına dəstək məqsədilə həyata keçirilən “Sosial bağlar” layihəsinə ötən aydan başlanan müraciətlərin qəbulu may ayı ərzində də davam edəcək.   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi layihəyə bu il 500 nəfərin cəlb olunması nəzərdə tutulub.   Layihə bağçılıq üçün əlverişli olan 20 rayonu (Ağsu, Şamaxı, Balakən, Zaqatala, Oğuz, Qəbələ, Goranboy, Göyçay, Hacıqabul, Kürdəmir, Astara, Lənkəran, Quba, Qusar, Xaçmaz, Şabran, Sabirabad, Şəmkir, Siyəzən, Yevlax) əhatə edir. Həmin rayonlar üzrə mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub digər məşğulluğu olmayan şəxslər layihəyə müraciət edə bilər.   Layihə çərçivəsində vətəndaşlar üçün dövlət dəstəyi ilə biznes istiqamətli bağçılıq təsərrüfatları yaradılır, eləcə də belə təsərrüfatların genişləndirilməsi təmin olunur.   Layihə iştirakçılarına dair tələblər aşağıdakılardır:  
  • Bağa baxmağa istək və təcrübəli olmalıdır;
  • Əmlakdan təyinatına uyğun istifadə etməli, bağ salınıb təhvil verildikdən sonra ona düzgün qulluq etməlidir;
  • Bağ təhvil verildikdən sonra onun saxlanmasına iştirakçı bilavasitə məsuliyyət daşıyır;
  • Yerli məşğulluq mərkəzlərində təşkil olunan müvafiq təlimlərdə iştirak etməlidir;
  • Podratçının və yerli məşğulluq mərkəzlərinin nümayəndələrinə bağda monitorinq keçirilməsinə, təhvil-təslim edilməsinə, video və foto çəkilişlərin aparılmasına şərait yaradılmalıdır;
  • Bağın və ona təhvil verilmiş əmlakın 1 il ərzində üçüncü şəxslərin istifadəsinə və sərəncamına verilməsı qadağandır.
  Layihəyə cəlb edilən namizədlərin qiymətləndirilməsi zamanı onların aztəminatlılıq meyarlarına uyğunluğu və torpağın bağçılıq üçün yararlı olması əsas götürülür.   Şəhid ailələrinə, qazilərə, habelə sosial cəhətdən həssas kateqoriyadan olan digər şəxslərə layihəyə cəlb olunmaqda üstünlük verilir.Proqramahttp://bit.ly/MesgullugLayihelerlinkinə daxil olaraq və yamüvafiq Ərazi Məşğulluq Mərkəzlərinə müraciət etməklə müraciət etmək mümkündür.   Son müraciət tarixi 30 iyundur.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az