Sosial Biznes Düşərgəsi layihəsi keçiriləcək

Sosial Biznes Gənclər Mərkəzi, ABŞ Səfirliyinin dəstəyi ilə “Social İnnovation Lab” ilə birgə əməkdaşlıq çərçivəsində Sosial Biznes Düşərgə layihəsinə müraciətləri qəbul edir.

Sosial Biznes Düşərgəsi sosial problemi həll edən biznesi qurmağı öyrədən 3 aylıq onlayn təlim proqramıdır. Təlimlər Zoom platforması vasitəsi ilə keçiriləcəkdir.
Proqramın iştirakçıları sahibkarlıq, sosial biznes anlayışı, sosial biznes üçün biznes modelinin hazırlanması, sosial biznes üçün marketinq strategiyası və sosial biznes qurmaq üçün lazım olan digər mövzularda mütəxəssislər tərəfindən keçiriləcək praktiki təlimlərdə iştirak edəcəklər. Daha sonra isə iştirakçılar mentorların köməkliyi ilə komandalar şəklində öz sosial biznes ideyalarını inkişaf etdirərək, kouçinq və mentorluq dəstəyi almaq üçün təqdim edəcəklər.

Sosial Biznes Düşərgəsinin əsas məqsədi, müasir texnologiyalar və metodlar əsasında innovative sosial biznes fikirlərini və startaplarını tanıtmaq və dəstəkləməklə Azərbaycanda sosial sahibkarlığın inkişafına töhfə verməkdir.
Proqram nəticəsində 25-30 iştirakçı öz icmalarına tövhə vermək üçün lazım olan praktiki bilik və bacarıqlarla təmin ediləcəklər.
İlk təlimin keçirildiyi vaxt: 7 Noyabr
Layihənin proqramı seçilmiş iştirakçılara göndəriləcəkdir.

Kimlər müraciət edə bilər: ənənəvi və sosial sahibkarlar, sosial biznes ideyası olanlar, gənc mütəxəssislər, proqramlaşma üzrə mütəxəssislər, sosial işçilər, tələbələr, universitet məzunları və ətrafında müsbət dəyişiklik edən hər kəs.

Müraciət üçün son tarix: 28 Oktyabr
Məkan: Zoom
Müraciət üçün qeydiyyat linki : https://forms.gle/yyzNoToGc2pT7PTm9

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın:
Email: [email protected]

Bir cavab yazın

Back to top button