4 Sentyabr 08:48

Sosial Biznes Məktəbi (SBM) üçün müraciətlər qəbul edilir

IdeaLab, “Böyük Britaniyanın Konflikt, Sabitlik və Təhlükəsizlik Fondu”nun dəstəyi ilə həyata keçirələn  Öz Səsini Kəşf Et proqramı  çərçivəsində Sosial Biznes Məktəbi (SBM)  üçün müraciətləri qəbul edir.

Sosial Biznes Məktəbi (SBM) Öz Səsini Kəşf Et proqramının istiqamətlərindən biri olub, ümumilikdə Bakı və Sumqayıtda yaşayan 40 nəfər  gənc qadına sosial biznes qurmaq üçün lazımlı praktiki bacarıqları öyrətmək və öz sosial bizneslərini qurmaqda dəstək vermək məqsədi daşıyır. SBM ümumilikdə iki dalğada həyata keçiriləcək. Hər dalğada uyğun olaraq 20 iştirakçı seçiləcək.

Məktəbin  iştirakçıları sahibkarlıq, sosial biznes anlayışı, sosial biznes üçün biznes modelinin hazırlanması, sosial biznes üçün marketinq strategiyası və sosial biznes qurmaq üçün lazım olan digər mövzularda mütəxəssislər tərəfindən keçiriləcək praktiki təlimlərdə iştirak edəcəklər.  Daha sonra isə iştirakçılar mentorların köməkliyi ilə komandalar şəklində öz sosial biznes ideyalarını inkişaf etdirərək, dəstək almaq üçün təqdim edəcəklər.

Öz Səsini Kəşf Et proqramının məqsədi Azərbaycanda  qadınların yerli icmalarına uzunmüddətli tövhə verə bilmələri üçün bacarıqlarını artırmaqdır. Proqram nəticəsində Bakı və Sumqayıtda yaşayan 80+ gənc qadın öz icmalarına tövhə vermək üçün lazım olan praktiki bilik və bacarıqlarla təmin ediləcəklər. Proqram üç istiqamət üzrə fəaliyyət göstərəcək:  Sosial təşəbbüslərin yaradılması, vizual hekayələrin yaradılması və sosial sahibkarlıq. Göstərilən istiqamətlər iki dalğada həyata keçiriləcək. Hər istiqamət üzrə bilik və bacarıqlara yiyələnən iştirakçılar sonda’c öyrəndiklərini praktikada istifadə etmək şansı əldə edəcəklər.

Müddəti: 3 ay;

Başlama tarixi: 1 oktyabr;

Kimlər müraciət edə bilər: 18-30 yaş arasında, Bakı və  Sumqayıtda yaşayan qadınlar;

Müraciət üçün son tarix: 15 sentyabr 2019.

Müraciət üçün onlayn qeydiyyat formasını doldurmağınız xahiş olunur. Müraciət etmiş şəxslər müsahibəyə dəvət ediləcək.

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın:

Email: [email protected]

Telefon: +994 12 4372944

Mobil: +994 50 2254525

Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza III, 3-cü mərtəbə

Bəyən və paylaş

Rəylər

rəy(lər)