1 Mart 18:58

“Sosial etika” adlı layihə keçiriləcək

Qeydiiyat üçün son 3 gün

 

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sosial etika” Sosial mediadan səmərli istifadə üsulları və etik qaydaları  adlı layihə start götürür.  Məqsəd gənclərin hər gün iştirakçısı olduqları virtual aləmin etik qaydaları ilə, praktik məsləhətlərlə tanış etmək və onlara bu yöndə yardımçı olacaq seminarların keçirilməsidir. Seminarların təlimçisi Teleaparıcı Rahil Sayadoğludur. Bundan başqa sosial media ekspertləri və tanınmış jurnalistlər təlimlərə dəvət olunacaqlar. Mövzular ətrafında təşkil olunacaq müzakirələr və qrupdaxili müsabiqələr gənclərin passivliyini aradan qaldırmağa yardım edəcək. Lahiyənin yekununda görülmüş işlər nümayiş olunacaq, layihənin keçirildiyi müddətdə aktiv olan tələbələrə sertfikatlar təqdim ediləcək. Təlimlərə qatılmaq istəyənlər, maraqlı qalan digər məlumatları və qeydiyyata düşmək üçün bu linkdən istifadə edin – LİNK

 

Əlaqə: +994555386014 (Whatsapp)

DİQQƏT SON QEYDİYYAT TARİXİ: 8 MART 2019-Cİ İL

 

TƏLİMLƏR ÖDƏNİŞSİZ HƏYATA KEÇİRİLİR.

Bəyən və paylaş

Rəylər

rəy(lər)