Sosial işçi vakansiyası

İş yeri: “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC
Vəzifə: Sosial işçi
Təhsil: Ali (müvafiq istiqamət üzrə)
İş təcrübəsi: Müvafiq sahədə azı 2 il
Əmək haqqı: ştata uğun
Dil bilikləri: Dövlət dili sərbəst, Rus dili orta-yüksək səviyyədə
Kompyuter bilikləri: “Microsoft Office” proqramları paketi, MS Word və MS Excel (ortayüksək səviyyədə)
Əmək qanunvericiliyinə əsasən sənədləşdirmə
Namizədə dair tələblər:
• Ünsiyyət qurma
• Analitik düşüncə
• Kreativ, yaradıcı yanaşma
• Emosional stabillik
• Operativlik və çeviklik
• Özünəinam və problem həlletmə qabiliyyəti
• Stress vəziyyətində işləmək
• Qərarvermə
Vəzifələri:
• Mərkəzdə sosioloji tədqiqat proqramlarının işlənib hazırlanması və tətbiqinə
nəzarət edilməsi;
• Həmin sosioloji tədqiqatlar vasitəsi ilə müvafiq fəaliyyətin həyata keçirilməsi ilə
bağlı auditoriyanın müəyyən edilməsi və tələbatların öyrənilməsi;
• Öyrənilmiş tələbatlar əsasında kommunikasiya üzrə perspektiv illik planlar,
layihələr və tədbirlər üzrə təkliflərin işlənib hazırlanması və Mərkəz rəhbərliyinə
təqdim edilməsi;
• Aparılmış tədqiqatlar və tədbirlər əsasında aidiyyəti tövsiyələri əks etdirən
hesabatların hazırlanması;
• Müxtəlif kommunikasiya/maarifləndirici tədbirlərin (aksiya, diskussiya, debat və s.)
təşkil edilməsində iştirak;
• Mərkəzdə dərs iştirakçılarının müxtəlif qrupları, o cümlədən KİV nümayəndələri
qarşısında çıxış və təqdimatlar edilməsi;
• Mərkəzdə müxtəlif sosial proseslərin inkişaf dinamikasını diaqnoz etmək;
• Müxtəlif sosial qrupların sosial fəaliyyətinin qiymətləndirilməsi barədə məsləhətlər
vermək;
• Sosioloji araşdırmalar zamanı əldə edilən məlumatların etibarlılığına və
obyektivliyinə nəzarət etmək və təmin etmək;
• İcrasına verilən sənəd və müraciətlərin araşdırılması və cavablandırılmasının
həyata keçirilməsi;
• Fəaliyyətin və xidmətlərin göstərilməsində istifadə edilən hüquqi aktların
təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
• Arayışlar, hesabatlar və məlumatların hazırlanması və s.

Uyğun namizədlər CV-lərini (müraciət olunan vakansiyanın adını qeyd etmək şərtilə) [email protected] e-poçt ünvanına göndərə bilərlər.

Related Articles