Sosial işçi vakansiyası

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Bakı SOS Uşaq Kəndi Kiçik Qrup evi və Günərzi Qayğı LayihələrinəSOSİAL İŞÇİvəzifəsinə iş elanı verir: Sosial işçi Kiçik Qrup Evi və Günərzi Qayğı Layihəsi çərçivəsində qayğı görən uşaqlarla sosial işin təşkilini həyata keçirir. PROFİLİNİZ: • Sosial iş sahəsində ali təhsil; • Əlaqədar sahə üzrə minimum 1-3 illik iş təcrübəsi; • Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq; • Peşəyönümü əlavə təhsil (təlim, seminarlar); • Sosial və təşkilati bacarıqlar; • Yüksək ünsiyyət bacarığı, o cümlədən, dövlət qurumları ilə əlaqə qurmaq qabiliyyəti; • Fərdi və komandada işləmək istəyi və bacarığı; • Stress altında işləmək bacarığı; • Kompüter biliyi (MS Office); VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR: • Hədəf qrupundan olan uşağın layihələrə qəbul prosesini dəstəkləmək; • Hədəf qrupundan olan uşaqların və ailələrin ilkin qiymətləndirilməsi; • Uşaq Kəndində yaşayan uşaqların ildə bir dəfə olmaq şərti ilə Əsaslı qiymətləndirilməsini aparmaq və Fərdi İnkişaf Planı tərtib etmək; • Fərdi İnkişaf Planında nəzərdə tutulmuş xidmətlərin həyata keçirməsinə dəstək olmaq və daimi nəzarət etmək; • Keyslərə baxış prosesini həyata keçirmək; • Hədəf qrupuna daxil olan ailələrin fərdi inkişaf planlarını hazırlamaq; • Ailələrin fərdi inkişaf planlarının yerinə yetirilməsinə nəzarət etmək; • Əsas tərəfdaşlarla əməkdaşlıq etmək; • Bioloji ailəsinə qaytarılmış uşaqların 1 il ərzində monitorinqini aparmaq. İŞ ŞƏRTLƏRİ: - Ünvan/Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 27a (Həzi Aslanov metrosu yaxınlığı); - 780.00 AZN (vergilər daxil) əmək haqqı; - Həftədə 2 gün istirahət; - Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı. TƏKLİFİMİZ: “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır. Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır)20 Oktyabr 2021-ci iltarixədək“Bakı GQM/KQE/Sosial İşçi” adlı başlıqla[email protected]e-poçt ünvanına göndərməyinizi xahiş edirik. Əlaqə nömrəsi: 055 227 47 25 Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az