11 Fevral 13:18

Sosial işçilərin münaqişələrin həllində rolu

Sizləri Avropa İttifaqının təşəbbüsü olan “Bacarıqların artırılması və vətəndaşların iştirakı ilə sülh quruculuğu” (PeaCE) proqramı tərəfindən dəstəklənən “Sosial işçilərin münaqişələrin həllində rolu” layihəsi çərçivəsində keçiriləcək təlimlərdə iştirak etməyə dəvət edirik. Layihə 18-35 yaş aralığında olan, sosial iş tələbələri və praktik sosial işçilər üçün nəzərdə tutulur. İştirakçıların ümumi sayı 20 nəfər müəyyən edilmişdir. Layihənin məqsədi iştirakçıların sülh quruculuğu ilə bağlı məlumatlandırılması və onların bu prosesdə rolunu artırmaqdır. Layihə cəmiyyətdəki inkişafın və rifahın mövcudluğunda sosial işçilərə öz öhdəliklərini aşılamağı və sülh quruculuğunda sosial işin rolunu göstərməyi hədəfləyir. Sessiyalar qeyri-formal təlim metodu əsasında həyata keçiriləcək. Təlimin 4 gün ərzində, 4 saatlıq sessiya şəklində olacaqdır. Münaqişə və sülh quruculuğu ilə bağlı məlumatlığınızı artırmaq istəyirsinizsə, bunun üçün sizi təlimlərimizə qoşulmağa çağırırıq.

*Qeyd: Təlimə sosial işçilərlə yanaşı bu sahədə maraqlı olan digər peşə sahibləri də müraciət edə bilər. Təlimdə fəal və tam iştirak edən şəxslərə sertifikat təqdim ediləcək.

Təlimin tarixi: 28 fevral; 01-02-03 mart 2019, saat: 13:00-17:00
Qeydiyyat üçün link: (Yerlərin sayı məhduddur)
https://docs.google.com/forms/d/1Ze87ZrkNn7rDcHJLen4meeaGW7HGxK4W2a5WbHLy-BY/edit?ts=5c4a0153

İlkin dəyərləndirmədən keçmiş şəxslər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Təlimdə iştirak ödənişsizdir.

Müraciət üçün son tarix: 18 fevral 2019, saat 23:00

Təlim Məkanı: Baku İdeaLab, Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza III, 3-cü mərtəbə.

Bəyən və paylaş

Rəylər

rəy(lər)