8 Dekabr 11:15

Sosial işdə könüllülük fəaliyyəti

“Sosial iş tələbələri arasında könüllülük fəaliyyətinin təbliğatı” mövzusunda həyata keçiriliən layihənin tərkib hissəsi olaraq 3 hissəli təlim proqramı təşkil olunacaqdır.
Təlimlərin məqsədi sosial iş fakultəsinin bakalavr, magistr pilləsində təhsil alan və yaxud artıq təhsilini bitirmiş tələbələrin sosial xidmət sahələrində könüllülük fəaliyyəti barədə geniş məlumat əldə etməsi və onların bu sahədə könüllü kimi fəaliyyətini təşkil etməkdir.
Təlimlər silsiləsinin hər 3 mərhələsini uyğurla bitirmiş gənclər layihə rəhbəri ilə QHT-lərə səfər edərək həmin təşkilatlarda könüllü kimi çalışmaq şansı əldə edəcəklər.

Qeyd edək ki, təlimlər peşakar Sosial İşçi, Hüquqşunas, Psixoloq tərəfindən keçiriləcəkdir.
İştirak tam pulsuzdur!
Son müraciət tarixi: 17.12.2018
Müraciət forması: LİNK

Bəyən və paylaş