“Sosial işin etik prinsipləri” mövzundunda mühazirə keçiriləcək

Azərbaycan Sosial İş İctimai Birliyi ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosunun maliyyə dəstəyi ilə keçirilən “Fullbright” Proqramı çərçivəsində fəaliyyətlərini həyata keçirməkdə davam edir. Keçən il doluğu kimi bu ildə Amerikalı professor Dr.Leticia Villareal-Sosa Azərbaycana dəvət olunmuşdur. Prof.Dr.Leticia bu səfəri çərçivəsində 24-28 Aprel tarixlərində Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində “Sosial işin etik prinsipləri” mövzundunda mühazirə deyəcək.

Təqdimatçı Leticia Villareal-Sosa Çikaqo Universitetində Bakalvr, həm də Doktorantura (PhD) təhsili almışdır. Həmçinin Çikaqo Universiteti, Sosial Xidmət Administrasiyası Məktəbində Magistratura dərcəsinə malikdir.

Onun həyata keçirdiyi tədqiqat:
Latın Amerikası təhsili, sosial uyğunluq, imiqrantların adaptasiyası, gender və miqrasiya, qrup zorakılığının təsirləri və məktəbdə sosial iş.

Mühazirədə iştirak etmək istəyənlər  müraciət formasını doldurması kifayətdir. İştirakçı sayı məhduddur!

Müraciət Forması

Mühazirədə iştirak edənlərə SERTİFİKAT veriləcək!

Mühazirə 24-28 aprel tarixlərində hər gün 09:30-13:00 saatalarında keçiriləcəkdir.

Əlavə məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Telefon: (+99451) 5030306 Xanbala Əhmədli

Qeyd: Mühazirələrdə yalnız sosial iş ixtisasında təhsil alan və ya yaxud sosial iş məzunları iştirak edə bilərlər. Sosial iş təhsili olmayanların müraciəti qeydə alınmayacaq!

Bir cavab yazın

Back to top button
Close