“Sosial işin təşkili” mövzusu üzrə təlim

“Azərbaycan Uşaqları” İctimai Birliyi “Məişət zorakılığına məruz qalmış insanlara psixo-sosial xidmətlərin təqdim edilməsi” layihəsi /Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstək verilən/ çərçivəsində “Sosial işin təşkili” mövzusu üzrə silsilə təlimlər təşkil edir.
Təlim 14 sentyabr 2017-ci il tarixində keçiriləcək. Təlimdə fəal iştirak edənlər müvafiq sertifikatlarla təltif ediləcəklər.
TƏLİMİN KEÇİRİLMƏ YERİ: Bakı şəhəri, Casipan Business Center, Cəfər Cabbarlı küçəsi, 40, 2-ci mərtəbə.
TƏLİMİN KEÇİRİLMƏ TARİXİ: 14 SENTYABR 2017-ci il.
TƏLİMİN KEÇİRİLMƏ VAXTI: 14:00.
TƏLİMDƏ İŞTİRAK ÖDƏNİŞSİZDİR.
Təlimdə iştirakçılara həssas qrupdan olan şəxslərlə məsləhətlər zamanı məişət zorakılığın təyini, bu tip insanlarla bağlı, həmçinin, həssas qrupdan olan digər şəxslərlə sosial işin təşkili, qanunvericilik bazası barədə məlumatlar veriləcək.
Təlimdə iştirak etmək arzusunda olanlar əlaqə məlumatlarını və eləcə də, telefon nömrələrini 12 sentyabr 2017-ci il tarixinə kimi [email protected] elektron poçtuna təqdim etməlidlər.
Təlimdə iştirak üçün aşağıdakı əlaqə telefonları ilə də əlaqə saxlamaq olar:
(070) 202 89 02.
(077) 582 00 50. WhatsApp.
Əlaqələndirici şəxs: Emin Pənahov.

Bir cavab yazın

Back to top button