16 Noyabr 01:46

“Sosial Könüllülük Məktəbi 2” layihəsinə qeydiyyat başladı!

Əziz gənclər, “Sosial Könüllülük Məktəbi 2” layihəmizə qeydiyyat başladı!

İkinci dəfə təşkil olunacaq Sosial Könüllülük Məktəbi layihəmiz sosial könüllülük anlayışını təbliğ etmək, gənclər arasında tendensiya yaratmaq və gəncləri sosial könüllülük fəaliyyətinə cəlb etmək məqsədilə təşkil olunur.

Layihə AYAFE Azerbaijan-nın təşkilatçılığı, Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation-nun maliyyə dəstəyi, Edumap.az və buqelemun.com-un media tərəfdaşlığı ilə həyata keçirilir.

Layihə çərçivəsində şəxsi inkişaf, liderlik, sosial könüllülük, sosial sferada karyera, project management və s. mövzular üzrə təlimlər keçiriləcək. Bundan əlavə, beynəlxalq layihələrdə könüllülük imkanları barədə də geniş məlumat veriləcəkdir.

Bu layihədə iştirak edərək gənclər gündən-günə inkişaf edən könüllü hərəkatının bir parçası olmaq, gələcəkdə uğur qazanmaq üçün lazımlı bacarıqlar qazanacaqlar. Eyni zamanda iştirakçılara layihədə iştiraklarını təsdiq edən sertifikatlar təqdim olunacaq.

Layihə çərçivəsində silsilə təlimlər həyata keçiriləcəkdir.

Təlimlərin tarixləri barədə ətraflı məlumatı Qeydiyyatdan linkindən əldə edə bilərsiniz.

Layihə çərçivəsində bütün təlimlərdə iştirak vacibdir. Yalnız bütün təlimlərdə iştirak edən iştirakçılara sertifikat veriləcək.

Əgər siz də cəmiyyətdə öz yerinizi tutmaq, cəmiyyətə fayda vermək və bununla yanaşı həm də özünüzü inkişaf etdirmək istəyirsinizsə Sosial Könüllülük Məktəbinin üzvü olun.

Layihədə iştirak etmək üçün elektron müraciət formunu dolduraraq müraciət edə bilərsiniz. Qeydiyyatdan keçən namizədlərdən arasından ən yüksək motivasiyaya sahib olan 40 nəfər seçiləcək.

Qeydiyyat linki: https://forms.gle/LEnFuQHpRiG9i89e6

Son qeydiyyat tarixi: 20.11.2019, 23:59

Əlavə suallarınız yaranarsa, bizimlə [email protected] maili vasitəsilə və ya rəsmi Facebook və Instagram səhifələrimizlə əlaqə saxlaya bilərsiniz.

Bəyən və paylaş