3 Fevral 22:40

Sosial Könüllülük Məktəbi: Qış sessiyası

Ey gənc, könüllülük sənin üçün nədir? Bu sözü eşidəndə ağlına ilk nə gəlir?

Könüllülük cəmiyyəti müsbət istiqamətdə dəyişdirməyə, irəli aparmağa söykənən bir fəaliyyətdir. Könüllülük toplumda insanlar arasındakı sosial əlaqələrin təkmilləşməsinə, dəyərlərin meydana gəlməsinə imkan yaradan fəaliyyətdir.

Sən də cəmiyyətdə öz yerini tutmaq, insanlara fayda vermək və bununla yanaşı həm də özünü inkişaf etdirmək istəyirsənsə – deməli bu layihə sənin üçündür!

Layihə çərçivəsində şəxsi inkişaf, liderlik, sosial könüllülük, sosial sferada karyera, həssas qruplarla iş və s. mövzular üzrə təlimlər keçiriləcək. Bundan əlavə, beynəlxalq layihələrdə könüllülük imkanları barədə də geniş məlumat veriləcəkdir.

Təlimlər qeyri-formal təhsil metodları ilə həyata keçiriləcəkdir.

Layihəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekspertləri və xarici təlimçilər də dəvət olunacaqlar. Qış məktəbi çərçivəsində xarici ölkələrin sosial könüllülük təcrübələrinə də yer ayrılacaqdır.

Həmçinin iştirakçılara sosial xidmət sahəsində karyera qurmaqla bağlı məsləhətlər veriləcək.

Bu layihədə iştirak edərək gənclər gündən-günə inkişaf edən könüllü hərəkatının bir parçası olmaq, gələcəkdə uğur qazanmaq üçün lazımlı bacarıqlar qazanacaqlar.

İştirakçılara layihədə iştiraklarını təsdiq edən rəsmi möhürlü sertifikatlar təqdim olunacaq.

Lakin bir pis xəbərimiz var – layihədə iştirakçı sayı məhduddur 🙁
Buna görə də qeydiyyatdan keçən iştirakçılar arasında ən yüksək motivasiyaya sahib olanlar seçiləcəklər. Qeydiyyatdan keçməyə tələs, bəlkə ilk seçilən elə sən oldun 😉

Layihə 4 gün davam edəcək:
12 fevral, 11:00 – 16:00
13 fevral 11:00 – 16:00
14 fevral, 11:00 – 16:00
15 fevral, 11:00 – 16:00

Layihə çərçivəsində bütün günlərdə iştirak vacibdir.

Təlim günlərində Nahar və 2 dəfə çay fasiləsi iştirakçılar üçün ödənişsiz təmin olunacaqdır.

İştirak üçün qeydiyyatdan keçmək vacibdir. Qeydiyyat linki:
https://goo.gl/forms/c3yufXJwkTAKcOIw1

Əlavə suallarınız yaranarsa, bizimlə [email protected] maili vasitəsilə əlaqə saxlaya bilərsiniz. 🙂

QEYD: Layihə AYAFE-nin təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)