9 Fevral 13:49

Sosial layihələrin yazılışı və idarəçiliyi – təlim kursu

İdeyan var, lakin reallaşdıra bilmirsən? Fikirlərin var, lakin onları formalaşdırıb yaza bilmirsən?

Deməli, doğru elanı oxuyursan – davam elə! 🙂

AYAFE Gənclər Təşkilatı və Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən gənclər üçün təşkil olunan “Sosial layihələrin yazılışı və idarəçiliyi” üzrə təlim kursuna qeydiyyat açıq elan edilir!

Layihənin media tərəfdaşı Edumap.az təhsil portalıdır.

Təlim kursu iştirakçılara sosial yönümlü layihələr yazmaq, onları reallaşdırmaq üçün lazımi bilik və bacarıqlara yiyələnmək imkanı yaradacaq.

Təlimin ilk günündə layihələrin yazılmasının əsas aspektləri, düzgün əsaslandırma, planlaşdırma, layihələrin icrası, tərəfdaşların cəlb olunması, komandanın və vəzifələrin düzgün bölüşdürülməsi və s. kimi mövzularda iştirakçılara biliklər veriləcək. Sonda iştirakçılara ev tapşırığı veriləcək.

Layihənin ikinci günündə isə iştirakçılar ev tapşırıqlarını təqdim edəcəklər; ekspertlər onları qiymətləndirəcək və öz tövsiyyələrini verəcəklər. Həmçinin uğurlu olan layihələrin reallaşdırılması üçün gələcəkdə AYAFE Gənclər Təşkilatı tərəfindən dəstək göstəriləcəkdir.

Layihədə iştirak üçün tələblər:
– I, II, III kurs tələbəsi olmalı;
– Güclü motivasiyaya sahib olmalı;
– Cəmiyyətə fayda verməyə hazır olmalı;
– Ən azı bir xarici dil biliyinə sahib olmalı;

Tarix və saatlar:
16 fevral, 12:00 – 15:00
17 fevral, 12:00 – 15:00

İştirakçılara sertifikat təqdim olunacaq.

Diqqət! İştirakçı sayı limitlidir, layihədə iştirak üçün yalnız 20 nəfər seçiləcək. İştirakçıların seçimi qeydiyyat formunda verdikləri cavablara və motivasiyalarına əsasən seçirəcəklər.

Qeydiyyat üçün keçid:
https://goo.gl/forms/mYdXIBwRTGGac6Tm1

Məkan:
Beynəlxalq Avrasiya Mətbuat Fondunun Bakı ofisi (Ünvan: Mehdi Hüseyn küç. 1A, AzTV-nin girişinə çatmadan sola dönəndə iki mərtəbəli bina)
Xəritədə məkan: https://goo.gl/maps/NXyrWU4sZM62

Bəyən və paylaş

Rəylər

rəy(lər)