3 Aprel 21:49

Sosial Marketinq – Təlim

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə keçirilən “Gənclər təşkilatlarında sosial marketinqin tətbiqi” adlı layihəsi təqdim edir

Təlimdə sosial layihələrin uğurlu nəticələri üçün marketinq alətlərinin tətbiq olunması haqqında,

Həmçinin dünya ölkələrində sağlamlıq, vətənpərvərlik, şəxsi inkişaf və s. mövzularda həyata keçirilmiş layihələrdə sosial marketinqdən istifadə təcrübəsi ilə tanış olacaqsınız.

Təlim 4, 5, 6 aprel olmaqla 3 gün həyata keçiriləcək. Təlimlərdə iştirak edən tələbələr sertifikatla təmin olunacaqlar!

Təlimdə iştirak ödənişsizdir.

Qeydiyyat formu: http://bit.ly/1SvJlfJ

Ünvan : ATGTI – 28 may küçəsi 9/13 (23 nömrəli məktəblə üzbəüz)

Təlimçi: Cavid İsmayılov

Tarix: 4 aprel 2016
Saat: 11:00

Əlaqə: 055 562 09 75 (Cahid)

Təlimçi: İsmayılov Cavid

Azərbaycan Universiteti, MBA məzunu

2012-ci ilin iyun ayından 2015-ci ilin avqust ayına qədər bank sektorunda korporativ kreditlərin satışı, təlim və kredit portfelinin idarə olunması və monitorinqi istiqamətlərində fəaliyyət göstərib.

2015-ci ilin sentyabr ayından “Leading Supply Solutions” şirkətində satış direktoru vəzifəsində çalışır.

Bu günə qədər biznesin təşkili və idarə edilməsi mövzusunda 2 layihənin rəhbəri, 10-dan çox layihənin isə təlimçisi kimi çıxış etmişdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)