17 Noyabr 16:24

Sosial Media hesablarını idarə edənlər üçün 5 vacib şərt

Sosial Media idarətməsi həm yeni hədəf kütləyə çıxmaq üçün,həm mövcud kütləni maraqlandırmaq üçün əlverişli olmaqla bərabər ciddi bir işdir. Sosial Medianın gücü artıq müzakirə olunmayacaq dərəcədə böyükdür. Bundan necə istifadə etmək artıq sizin əlinizdədir. Sosial media idaraetməsi sadəcə foto və ya video paylaşmaqla bitmir. Davamlılıq və geridönüşüm (feedback) üçün bəzi vacib məqamları bilməlisiniz. Bu yazımda Sosial Media hesablarını idarə edənlər üçün 5 vacib şərti sizinlə bölüşəcəm.

1) Keyfiyyətli Məzmun (Kontent). Sosial Mediada paylaşdığınız postlar (video,foto və s.) məzmununun keyfiyyətli olması çox vacibdir. Yerləşdirdiyiniz fotonun və ya videonun keyfiyyəti yüksək olmalıdır. Bununla bərabər həm də mətnləriniz də diqqət çəkici olmalıdır. İkisindən biri uğursuz olduqda balans pozulur.

2) Hədəflənmə. Sosial Mediyada hədəflənmə (targeting) ən diqqət edilməsi gərəkən nüanslardan biridir. Çünki hazırladığınız post (video,foto və s.) sizə lazım olmayan insanlara göstərilməsi sizə bir şeylər qazandırmaz. Kimə nəyi və harda təqdim etməyiniz çox vacibdir. Hər yaş və cins kateqoriyasıyla bərabər hər sosial medianın da öz “dili” olduğunu unutmayın. Əks halda çox gözəl hazırlanmış bir post belə əks reaksiya verə bilər.

3) Əks əlaqə. Diqqət olunması vacib şərtlərdən biri daha. Sosial Media kanalları vasitəsilə sizinlə əlaqə qurmaq istəyənlərə mütləq şəkildə cavab verməlisiniz. Hətta istifadəçi heç bir şey almayacağını bildirsə, sadəcə qiymət və ya məlumat almaq istəsə belə cavablandırmalısınız. Və çalışın bu əlaqə göz önündə olsun. Bu digər istifadəçilərin diqqətini cəlb edəcək və sizə sadiq müştəriyə çevriləcək.
4) Dinləmək. Müştərilərinizi və ya istifadəçiləriniz dinləyin. Hətta neqativ şərh yazsalar belə, səbrlə və sona qədər dinləyərək problemi həll etməyə çalışmalısınız. Və bunu da göz önündə etməniz sizin üçün həm vacib həm də faydalıdır. Yaxşı olar ki, bir hashtag (#sizidinləyirik məsələn) yaradıb oradan məlumatları toplayın.

5) Davamlılıq. Sosial Mediada nəticə almaq üçün biraz işləmək lazımdır ? Tez bir zamanda yüksək nəticə əldə etmək çətindir. Ona görə ilk zamanlar yüksək nəticə ala bilməsəniz belə davamlılığınızı qoruyun. İki gün ard-arda 3-4 paylaşım edib sonrakı günlərdə azaltsanız sizin əksinizə işləyəcək. Onun yerinə gündə 1 post amma davamlı post yerləşdirin. Hətta Facebook platformasından bir neçə gün sonranın postlarını da yerləşdirə bilərsiniz.

Samir Mehdi

Bəyən və paylaş

Rəylər

rəy(lər)