Sosial Media komandasına işləməyə həvəsi olan gənclər axtarılır

Təhsil sektorunda vətəndaş müraciətlərinin cavablandırılması üçün yaradılacaq Sosial Media komandasına gənc, yaradıcı və təhsil sahəsi ilə yaxından maraqlanan, bu sahədə işləməyə həvəsi olan gənclər axtarırıq. İlkin mərhələdə təcrübə proqramına cəlb olunan əməkdaşlar arasında uğurlu olanları qısa zaman çərçivəsində iş təklifi alacaqlar. İş nədən ibarətdir: ·Sosial media hesablarında vətəndaş müraciətlərinin (qanunun tələblərinə uyğun olaraq), gündəlik gələn şərh (rəy, mesaj) və sorğuların cavablandırılması; ·Verilən cavab məzmununun qrammatik cəhətdən düzgünlüyünün, məntiqi və asan anlaşılan olmasının təmin edilməsi; ·Səhifəyə gələn sorğuların müvafiq yerlərə yönləndirilməsi və cavablandırılmasının təmin edilməsi; ·Bütün SMM kanallarına nəzarət edilməsi; ·Əməkdaşlarla koordinasiyalı şəkildə iş. Vəzifə üçün tələblər: ·Ali təhsil (Təhsil idarəetməsi sahəsində olması üstünlükdür); ·Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (xarici dil bilikləri üstünlükdür); ·Kommunikasiya və sosial media idarə olunması sahəsində bacarıq və iş təcrübəsi arzuolunandır. ·Təhsil qanunvericiliyi ilə üzrə məlumatlılıq, təhsil gündəmini izləmək, təhlil etmək qabiliyyəti. ·MS Office proqramlarında sərbəst işləmək bacarığı; ·Dinləmək və komandada işləmək bacarığı; ·Enerjili və yüksək fəaliyyət qabiliyyəti; ·İntizamlılıq və tez öyrənmə bacarığı; ·Məqsədyönlülük və əmzkarlıq, stressə qarşı davamlılıq. Vakansiya ilə maraqlandığınız halda, CV-lərinizi 16.09.21 tarixinədək “SM qrupu” başlığı altında[email protected]ünvanına göndərməyiniz xahiş olunur.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az