2 İyun 21:52

“Sosial Media Marketing” ÖDƏNİŞSİZ seminar

Daimi İnkişaf Mərkəzi Sosial Media Marketing ilə maraqlanan hərkəsi ÖDƏNİŞSİZ seminara dəvət edir!

Son dövrlərdə demək olarki, bütün şirkətlərin tələb etdiyi sahələrdən biridir. Sosial Medianın gedərək artdığını nəzərə alaraq, SMM gələcəkdə daha da rəğbət qazanacaqdır.

Sizlər bu seminarda iştirak edərək, nələr əldə edəcəksiniz:

1. Facebook-da minimum büdcə ilə maksimum reklam necə edilir?
2. Hansı formatda reklam paylaşılarsa daha çox insanın görməsinə gətirib çıxarar
3. Digər sosial mediaların aktiv istifadəsi necə olmalıdır?
4. Sosial Mediada öz şirkətini necə qura bilərsən?
5. Sosial mediada brendin düzgün idarə olunması

Seminarda iştirak etmək istəyən şəxslər mərkəzimizə yaxınlaşıb, 5 AZN depozit ödəyərək qeydiyyatdan keçə bilərlər. (Depozit seminara gəldiyiniz zaman sizə qaytarılacaqdır)

Seminarın müddəti 2 saat
Seminarın sonunda bütün iştirakçılara Qafqaz Universiteti Daimi İnkişaf Mərkəzinin sertifikatları təqdim ediləcəkdir.

Təlimçi haqqında

Spiker: Orxan Rzayev, Mediamark şirkәtinin hәmtәsisçisi, sosial media marketinqi üzrә mütәxәssis. 50’dәn çox şirkәtә sosial media marketinqi üzrә konsultasiya verib. Həmçinin, Orxan Rzayev Manads, MobChannel, Keepface, boxx kimi startapların da hәmtәsisçisidir. İsveçrә, Almaniya, Fransa, Hollandiya vә Türkiyәdә keçirilәn startap treyninqlәrin vә tәdbirlәrin iştirakçısıdır.

Əlaqə
Ünvan Aşıq Molla Cümə küçəsi 138 (İqtisad Universiteti Gənclik korpusunun yanı)
050 721 15 81
012 564 13 64
[email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)