Sosial Media Meneceri vakansiyası

Starex.az” Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əldə etdiyi lisenziya ilə həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının çatdırılmasını həyata keçirir. Şirkətimiz hazırda Azərbaycan, Türkiyə, Amerika və Çində qeydiyyatdan keçmiş və hər dörd ölkədə özünəməxsus ofislərində fəaliyyət göstərir. Türkiyə, Amerika və Çindən sifariş üçün xidmətlərimizdən istifadə edə bilərsiniz.

Vəzifə : Sosial Media Meneceri
Əmək Haqqı : 500 – 600 Azn
İş yeri : Atatürk prospekti 4A
İş rejimi : Həftədə 6 gün

Vəzifə öhdəlikləri :

– Səhifənin messengerinə gələn mesajlara günlük broadcastların göndərilməsi
– Aylıq olaraq, səhifəmizdəki postları bəyənən adamların invite edilməsi
– Sosial media kanallarında paylaşımların planlanması və dizaynerlə kordinasiyalı işləmək
– Xüsusi, əlamətdar günlərlə bağlı paylaşımların hazırlanması
– Məmnun müştərilərlə bağlı, mütəmadi olaraq post hazırlanması və səhifədə paylaşılması. Məmnun müştərilərlə əlaqə saxlanılması
– Yeniliklərlə bağlı paylaşımla bərabər, müştərilərə mail, push notification göndərilməsini, xəbərin paylaşılmasının təmin edilməsi
– Sosial media cavablanma skriptlərinin izlənilməsi.
– Sosial media kanallarında mesajların və şərhlərin cavablanmasını günlük olaraq izlənilməsi.
– Kampaniyalar və yeniliklərlə bağlı təkliflərin verilməsi, bu kampaniyaların reallaşdırılmasının təmin edilməsi
– Şirkətin müştərilərlə əlaqədə olan bütün əməkdaşlarına müştərilərə təqdim edilməli olan məlumatların şablonlarının tərtib edilərək təqdim edilməsi
– Saytda qeyd olunan mətnlərdə mütəmadi olaraq düzəlişlərin edilməsi. Yeni məlumatların əlavə edilməsi
– Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçiminin aparılması
– Satış məqsədləri üçün PR və reklam mətnlərinin hazırlanması
– Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsinin təmin edilməsi.

Namizədə Əsas Tələblər:

– Ali təhsil
– Əlaqəli iş üzrə minimum 1 il iş təcrübəsi
– Məsuliyyətli və problem həll etmə bacarığı
– Azərbaycan ( ana dilini) qramatik səviyyədə mükəmməl yazı və danışıq bacarıqları
– Komandada işləmək bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini müraciət edilən vəzifə adı “Sosial media üzrə menecer” qeyd etməklə, [email protected] elektron ünvanına göndərə bilərlər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bir cavab yazın

Back to top button