Sosial Media Mütəxəssisi vakansiyası

Vəzifə: Sosial Media Mütəxəssisi
İş yeri: OBA Marketlər şəbəkəsi baş ofis
Namizədə dair tələblər:
· Təhsil: Ali təhsil
· Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə, ingilis dili və rus dili (üstünlükdür)
· Kompüter bilikləri: MS Office
· Müvafiq sahədə 1 il iş təcrübəsi
· Təşəbbüskar, yenilikçi, punktual və kreativ

Vəzifə öhdəlikləri:
· (Facebook, İnstagram, Linkedin, Youtube, Telegram) sosial media hesablarında müştəri müraciətlərinin cavablandırılması
· Paylaşılan reklamda müştəri rəylərinin cavablandırılması.
· Müştəri şikayətlərinin toplanılması və həll edilməsi üçün müştəri əlaqələrinin idarə edilməsi strukturuna yönləndirilməsi və həllə uyğun cavablandırılması.
· Sosial media mesaj bölməsinə gələn bütün müraciətlərin müvafiq olaraq yönləndirilməsi.

Əlavə təminatlar:
· Nahar şirkət tərəfindən verilir;
· Korporativ nömrə ilə təmin edilmə;
· Servis şirkət tərəfindən təmin edilir;

İş qrafiki:
İş saatları 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00
Şənbə və Bazar istirahət günü.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “SMM Edumap.az”  yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

Bir cavab yazın

Back to top button