3 Aprel 18:16

Sosial media-qulağı cingildəyənlər

Sizcə Marka və ya fərdi məqsədlərimiz üçün sosial media hesabı açıb, reklam verməniz kafi ola bilər?

Şirkət təmsilcilərinin sosial mediadan faydalanmamalarının əsas səbəbi kimi vaxtlarının olmaması, qoyulan investisiyanın (ROİ) qayıdışının  olmaması ve s. kimi şərh edirlər. Amma məncə şirkət təmsilçilərinin sosial mediadan çəkinmələrinin əsas səbəblərindən biri mesajlar  və ya şərhlər üzərində nəzarətlərinin olmamasıdır.

Şirkətlər müştərilərlə əlaqədə olmaq üçün müştəri xidmətlərinə ehtiyac duyurlar. Sosial media vasitəsi ilə bu daha rahatdır, amma tək fərq bunu ictimaiyyət arasında etməli olmağınızdır.

Brendlər sosial media planı hazırlayarkən nəyə fokuslanmalı olduqlarını unudurlar. Həm sosial mediada yaxşı təşkilatlanmalıyam, həm əyləncəli, həm yaradıcı olmalıyam, həm də özümü və rəqiblərimi təkrar etməməliyəm deyib yola çıxırlar.  Logoyu bir tık sağa sürüşdürək deyə-deyə onsuz da çox aşağı qiymətə işlətdikləri universitet məzunu, xarici dil bilən, onu bilən, bunu bilən insanların canlarından bezdirməyi bacarırlar.

Bəli, sosial media vizuallarının ilk baxdığınızda tamamilə “stock” fotoşəkillərdən ibarət olduğunu deyə bilərsiniz, amma məzmun yanaşması əyləncəli olduğu zaman belə müvəffəqiyyətli olmaq olur, əlbəttə.

Yəni sosial media fəaliyyəti loqonu bir tık sağa sürüşdürməklə olmur. İnsanlarla doğru ünsiyyəti qurduğunuzda, o an hər şey çox fərqliləşir. Sosial mediada vizuallarınız dizayn mükafatı almayacaq, logonun bir tık kiçik olduğunu heç kəs bilməyəcək. Sərbəst olun, fərqli üslublar tətbiq edin.

Əslində burada agentliyin müvəffəqiyyətindən daha çox, əvvəl markanın nə qədər elastiq olduğu əhəmiyyətlidir. Siz istədiyiniz qədər yaradıcı olun, marka tərəfindən təsdiq ala bilmədiyiniz müddətdə saatlarla edilən işlərin və yaradıcılığın heç bir əhəmiyyəti qalmır. Amma mən kiçik bir müəssisə və ya fərdi olaraq sosial mediadan istifadə etmək istəyirəm deyirsinizsə, Hubspot tərəfindən hazırlanmış, üzərində oynama edə biləcəyiniz pulsuz şablonlar var. Onlardan faydalanın.:)

Yaşasın s-ticarət

Bir veb səhifə olaraq sosial media.
Deyək ki, e-ticarət üçün bir veb saytı qurub ayrıca onunla məşğul olmaq?

İndiki vaxtda veb saytı üzərindən marketinq bir az köhnə bir üsul kimi qalır. Artıq həyatımıza “s-ticarət” yəni “sosial ticarət” deyə bir anlayış oturub. Sosial media platformlarının yeni tənzimləmələri ilə birlikdə, satış kanalları üçün seçim variantlar da gün keçdikcə artır.

Instagram’daki birbaşa satış kanalları o qədər müvəffəqiyyətli olmağa başladı ki, bu metoddan istifadə edən əhəmiyyətli dərəcədə böyük bir kütlə var. Çünki müştəri qarşısında özü kimi sadə bir hesab olduğu zaman daha az qorxur və daha tez ünsiyyət qurmağa qaçır.

Amm digər yandan sosial media markanı vəzir etdiyi qədər, rəzil də edər.city-taxi

İlk nümunə “City Taxı” haqqındadı. Sürücülərdən biri müştərisinə qeyri-etik yanaşması problemin sosial mediaya qədər daşıdı. “Müştəriyəm, şikayətim var!” qrupunda paylaşım sonrası, xəbər virus kimi yayıldı. Hətta qafqazinfo.az kimi xəbər portallarının gündəminə oturdu. Facebook’da minimum 40 000  istifadəçinin hadisədən xəbəri oldu. Təbii ki, 3-33 qanununa görə bu rəqəmi 33-ə vurmalıyıq.:)

Amm City Taxı rəhbərliyi vaxtında çevik hərəkət edib, ölçü götürə bildi və hadisənin daha da budaqlanmasına mane ola bildi.

city-taxi 2

Bəyən və paylaş

Rəylər

rəy(lər)