Sosial media üzrə mütəxəssis vakansiyası

Sosial media üzrə mütəxəssis Tələblər: - Təhsil – Marketinq və ya müvafiq sahədə ali təhsil; - Təcrübə - 1- 3 il - Cinsi – Qadın/Kişi - Dil bilikləri – Azərbaycan dili, Rus dili - Proqram bilikləri – Adobe Photoshop - Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı; - Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik, işə yaradıcı yanaşma bacarığı; - Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik; - Komandada işləmək, təqdimatlar etmək və təhlil etmək bacarığı; - Eyni vaxtda bir neçə işi məhdud zaman çərçivəsində operativ yerinə yetirmək bacarığı; - Gündəmi izləmək, analiz etmək və yüksək araşdırma aparmaq qabiliyyəti; - Facebook, Instagram, Twitter, Telegram, Tik-tok,Youtube və s üzrə istifadəçi təcrübəsi - Əmək mədəniyyəti, xidməti işgüzar ünsiyyət etikasını bilməli. Vəzifə öhdəlikləri: - Sosial media hesabları və platformaları (Facebook, Instagram, Twitter, Telegram, Tik-tok,Youtube və s.) ilə işləmək; - Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək; - Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn şərh və soruğuları cavablandırmaq; - Səhifəyə gələn sorğuları müvafiq şöbələrə yönləndirmək və ya cavablandırılmasını təmin etmək; - Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək; - Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və sərbəst işləməyi bacarmaq; - Bütün SMM kanallarına nəzarət etmək; - Rəhbərliyin verdiyi digər tapşırıqları vaxtında yerinə yetirmək. İş barədə məlumat: • Əmək haqqı razılaşma əsasında • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə Maraqlananlar cv-lərini mövzu yerinə “Baku tv/SMM” yazaraq ,[email protected]e-mail ünvanına göndərə bilərlər.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az