Cümə axşamı, 21 Avqust, 2025

Sosial sahibkarlığa başlamaq istəyirsən


  • Dərc edildi: 21 Yanvar, 2022 - 16:31
Sosial sahibkarlığa başlamaq istəyirsən

Əgər sən də Quba, İsmayıllı, Lerik rayonlarında yaşayırsan və sosial sahibkarlığa başlamaq istəyirsənsə, bu layihə sənin üçündür!
Layihənin həyata keçirilməsində əsas məqsəd qeyd edilən rayonlarda 18-29 yaş arası gəncləri sosial sahibkarlıq haqqında maarifləndirmək və məşğulluqlarının artırılmasıdır.
Layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər 4 fazaya bölünmüşdür:
I faza - Ehtiyacların qiymətləndirilməsi məqsədilə onlayn və oflayn qaydada sorğuların keçirilməsi;
II faza - Seçilmiş gənclərə gender bərabərliyi və qadın hüquqları mövzusunda 4-günlük marifləndirmə təlimləri keçirilməsi;
III faza - Sosial sahibkarlıq mövzusunda bacarıqların inkişaf etdirilməsi məqsədilə 4-günlük təlim sessiyası təşkili;
IV faza - Mentoqluq fəaliyyəti və 9 gəncə sosial sahibkarlıq istiqamətində resurs dəstəyinin göstərilməsi.
I faza üzrə təlim sessiyalarının tarixi:
Lerik: 3-6 fevral
İsmayıllı: 10-13 fevral
Quba: 10-13 fevral
Məlumat üçün qeyd edək ki, “Azərbaycanın sosial-iqtisadi cəhətdən əlverişsiz bölgələrində yaşayan qadın və qızların təhsil və potensiallarının gücləndirilməsi üzrə təlimlər keçirməklə məşğulluq imkanlarının artırılması” layihəsi "Yerli Təşəbbüslər üçün Kanada Fondu" proqramı çərçivəsində Kanadanın Türkiyədəki Səfirliyinin maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilir.
Linkə daxil olaraq 1 fevral 2022-ci il tarixinədək qeydiyyatdan keçə bilərsiniz.

LİNK

  _______________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 188
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7126
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1850
Azərbaycan Texnologi...