"Sosial sahibkarlıq və qadınlar" başlığı altında təlim keçiriləcək

"Qadın üçün" təşəbbüs qrupu tərəfindən 25-28 yanvar tarixlərində saat 15:00-dan 18:00-a qədər "Sosial sahibkarlıq və qadınlar" başlığı altında təlim keçiriləcək. 4 günlük təlim proqramı çərçivəsində ideyanın reallaşması, sosial biznes modelin qurulması, dəyərlər və məqsədlər haqqında danışılacaq. Eyni zamanda, komanda işi, cəmiyyətə inteqrasiya, yerli və beynəlxalq imkanlar haqqında məlumat veriləcək. Təlimin bütün sessiyalarında iştirak zəruridir. Qeyd edək ki, təlim iştirakçıları sertifikat ilə təltif ediləcək. Təlimdə iştirak ödənişsizdir. 📍Məkan:Baku Community Space, Sat Plaza. Pandemiya ilə əlaqədar iştirakçıların sayı məhdud olduğu üçün qeydiyyatdan keçmək vacibdir. Əlaqə telefonu:+994556466986 Qeydiyyat linki:https://cutt.ly/fIGPpW8 Təlimçi haqqında: Sara Rəcəbli Azərbaycanda xüsusi ehtiyacı olan qadınları cəlb edərək “BUTA Art Sweets” ev şirniyyatlarına aid olan ilk sosial biznes layihəsinin və Sosial Biznes Gənclər Mərkəzinin təsisçisi, sosial sahibkarlıq üzrə təlimçi və mentor, BMT səviyyəsində sahibkarlığı təmsil edən ilk Azərbaycanlı sosial sahibkar, Prezident Mükafatı, Qlobal Startup 2020 və Şahzadə Diananın adına verilən Mükafatının ilk Azərbaycanlı qalibidir
____________________________________________________________________________________________________________________

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az