3 Noyabr 19:24

Sosial satış

S-ticarət artıq elektron ticarətdə özünü göstərməyə başladı.“PayPal”-ın Azərbaycan bazarından imtina etməsi ilə oxuduğum xəbər çox təəsüf edicidir.

Qısaca sosyal ticarəti açıqlasaq: sosial media vasitəsilə ticarət etməkdir. Göründüyü kimi bu mərhələdə artıq e-ticarət saytları arxa plana keçir. Sayt, yalnız imic və müştəri etibarını qorumaq məqsədi ilə yaradılmış olacaq.  İnternet istifadəçiləri arasında mobilin payı 50%-i keçdi. StatCounter’in hesabında Oktyabr ayında mobil 51,3% -lik bir paya sahib oldu. Təbii ki, bu gənc nəslin təsiri ilə baş verib. Ümid edirəm ki, bizdə gənc nəsil yavaş-yavaş elektron ticarətə yönəlməyə başlayacaq. Yaxınlarda bir çıxışımda Instagramın e-ticarət üçün ən mükəmməl məkan olduğunu qeyd etmişdim. Sadəcə bir sıra çatışmamzlıqları var idi. Sayta yönəlmə, “Instagram ads” imkanlarının kasad olması və s. Elektron ticarət ustadlarından Nicat Manafovda qeyd etmişdiki əgər e-ticarət niyyətiniz varsa, sayt əvəzinə Instagram’da səhifə yaradıb istifadə edin. ))

Instagram isə əvəzində düşündüyümdən daha böyük addım atdı. Məlum məsələdir ki, bir vaxtlar Kaliforniya üçün dediyimiz dövlət içində dövlət ifadəsini, indi Facebook üçün rahatlıqla deyə biləcəyik.Facebook “shop” xüsusiyyətindən sonra isə  online shopping-də yeni cığır açdı.

sosial-satıs

Digital trendlərin və platformalar tez-tez dəyişir. Facebook son gəlir hesabatına ilin 3-cü rübündə 7 milyard $ qazandı ki, bununda 84%- mobildən gəlir. Bir sözlə mobildə var olmaq zamanıdır. Reklam gəlirləri isə illik olaraq 18% artdı. Görünən odur ki, Facebook AdBlock ilə başa çıxmağın yolun tapıb. ))

Instagram’da alış-veriş imkanlarını artıracaq bir neçə start-up’lar var idi. Misal olaraq Shopsta. Instagram butiklərinə təhlükəsiz alış-veriş imkanı yaradır. Amma son olaraq Instagram’ın öz imkanları ilə bu əngəli aşmağa çalışacaq.
shopsta0sosial-satıs
Son iki ildə 4 qat böyüyən Instagram’da 500 milyondan çox aktiv istifadəçi var. Bura gələckdə mobil marketinqin qəlbinin vuracağı yerdir.
  • Instagram alış-veriş
Instagram alış-veriş üçün atdğı addım isə lap yerində oldu. Şəklini paylaşdığınız məhsula satın alma etiketi elave etmek mümkün olacaq. “Shop now”  düyməsinə klik etməklə məshulun satış səhifəsinə keçiləcək. Bir sözlə direkt satın alma səhifəsinə yönəlicək. Təbii ki, biz bunu hələ ki, görə bilməyəcyik. İlk olaraq ABŞ ))

Facebook görünür ki, reklam gəlirlərini artımaqda davam edəcək. Bu da öz növbəsində sosial ticarət anlayışını daha da möhkəmləndirəcək.

  • Branded Content

 

branded-kontent-nedir

Branded Content-dən siyasəti artıq təsdiq olunmuş səhifələrdə istifadə edə viləcək. Səhifəsi təsdiq edilmiş tanınmış şəxslər (public figures with Verified Profiles) , musiqiçilər, tanınmış şəxslər öz paylaşdığı kontentlərdən gəlir əldə etmək istəyirdilər. Artıq Facebook  buna imkan yaratdı və bu yalnız təsdiq edilmiş səhifələr üçün keçərlidi.

Bu aşağıdakı ikon sizə pul qazandıracaq.????

branded-content-nedir

branded-kontent-2

Branded Content siyasəti ilə burdan tanış ola bilərsiniz. Əvvələrdə bu imkan var idi, sadəcə təsdiq olunmuş səhifəyə sahib populyar şəxs sadəcə brendi təq etməklə bu xidmətdən faydalana bilirdi. İndi isə  mətn, şəkil, video, Instant Articles, 360 və Live videolarda əlavə edildi.

wersm-facebook-enables-verified-pages-to-share-branded-content-657x360.png

Çox danışmayacam bu barədə. Bizdə təsdiqlənmiş səhifələr barmaqla göstəriləcək qədər azdır. Olanlarda brendləri təmsil edirlər. Onlar isə başqa brendi reklam edəcəyi inandırıcı görünmür. Digər yandan bizdə səhifəni təsdiq elətdimək mümkün deyil. “Verified page” xidməti bizim ölkədə dəstəklənmir. Yadıma bir təklif düşüdü, bir Hindisatlı yazmışdı ki, bizim ölkədə dəstəklənmir, 100 $ qarşılığında səhifəmi təsdiqləd. ))) Yani qorx ki, bu da bir biznesə çevrilsin.

Bir sözlə Facebook saytları məhv edir və sosial ticarət üçün güclü adımlar atır.

Müşfiq Şirəliyev

Bəyən və paylaş

Rəylər

rəy(lər)