8 May 16:02

“Sosial şəbəkələrdə bizneslərin idarə olunması” mövzusunda ödənişsiz vebinar

Əziz Dostlar, 
Sizə növbəti vebinarımızı təqdim edirik!
Bildiyiniz kimi, “Sosial Biznes Gənclər Mərkəzi (SBYC)” nin əsas məqsədi gənclərə sosial sahibkarlığı təbliğ etmək, maarifləndirmək və onlara sosial biznesləri yaratmaqda lazımi dəstəyi göstərməkdir.

Əgər, Sizin də biznes ideyanız varsa və sosial şəbəkələrdə layihənizi genişləndirmək istəyirsinizsə, o zaman bu vebinar məhz Sizin üçündür!
Layihənizi bugündən etibarən inkişaf etdirməyə başlayın: https://bit.ly/2Lm3r2l
______________________
Mövzu: “Sosial şəbəkələrdə bizneslərin idarə olunması”
Tarix: 12 May, saat 19.00
Məkan: ZOOM
Müddət: 1.5 saat
Dil: Azərbaycan dili
______________________
Spiker: Mahal Əiyeva
Mahal Əliyeva 10 ildən çox olan iş təcrübəsinin yarısını Marketinq sahəsi üzrə çalışır. Hal-hazırda Dubayda yerləşən Pickvisa Dubai, Azərbaycan bazarında isə Vizam.az, Backpack Azerbaijanın PR və Marketinq Meneceridir.
______________________
İştirak ödənişsizdir. 
*Tədbir Zoom proqramında  keçiriləcək. 
Seçilənlərə email vasitəsi ilə təlimə qoşulma linki göndəriləcəkdir.
Yerlər məhduddur!
Qeydiyyatdan keçməyə tələsin: https://bit.ly/2Lm3r2l

Bəyən və paylaş