19 Sentyabr 14:17

“SOSİAL SİYASƏT VƏ SOSİAL TƏDQİQATLAR” MÖVZUSUNDA SEMİNAR

Hörmətli gənclər təşkilatları və fəal gənclər,

Sizi, 27 Sentyabr 2016-cı il, saat 14:30 tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçiriləcək “Sosial Siyasət və Sosial Tədqiqatlar” adlı seminarda  iştirak etməyə dəvət edirik.

Seminar çərçivəsində beynəlxalq ekspertlər tərəfindən üzv təşkilatların nümayəndələrinə sosial siyasət və sosial  tədqiqatlar mövzusunda ətraflı məlumat veriləcək və bu sahədə təcrübə mübadiləsi aparılacaq.

Qeyd edək ki, seminar Çex Respublikası KARİTAS (CARITAS – College of Social Work Olomouc) kollecinin nümayəndələr tərəfindən aparılacaq

Seminar zamanı xarici ekspertlər tərəfindən sosial siyasət və onun həyata keçirilməsi, sosial tədqiqatların aparılması istiqamətində ilkin məlumatlar veriləcək. Həmçinin seminar iştirakçıları Çex Respublikasının sosial iş sahəsindəki təcrübəsi və sosial vəziyyəti ilə tanış olacaqlar.

Qeyd edək ki, seminar  2013- cü ildən bəri ARGTMŞ-ın Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirdiyi ənənəvi proqramlarından biri olan “QHT İdarəetmə Akademiyası” (QİDA) çərçivəsində həyata keçiriləcək. QİDA çərçivəsində həyata keçirilən təlim kurslarının əsas məqsədi QHT sahəsinin həm praktiki, həm dənə zəri inkişafına nail olmaq, gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlimalətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır. Bugünə qədər 53 gənclər təşkilatından 415 iştirakçı QİDA proqramı çərçivəsində 47 ayrı təlimdə iştirak edib.

Seminarın işçi dili: İngilis dili.

Qeydiyyat: Seminarda iştirak üçün qeydiyyatdan keçən təşkilat nümayəndələri və fəal gənclərin 27 sentyabr  2016-cı il saat 14:30-dan gec olmayaraq təlimin keçiriləcəyi məkanda olması xahiş olunur.

Qeydiyyat üçün son müraciət tarixi: 23  sentyabr 2016-cı il, 18:00-dək

Qeydiyyat

Bəyən və paylaş

Rəylər

rəy(lər)