7 Noyabr 16:18

Sosial İş və Münaqişə

Salam dostlar, sizləri Avropa İttifaqının təşəbbüsü ilə ‘’Bacarıqların artırılması və vətəndaşların iştirakı ilə sülh quruculuğu’’ (PeaCE) proqramı tərəfindən dəstəklənən, Böyük Britaniyanın “Konflikt, Sabitlik və Təhlükəsizlik Fondu” tərəfindən birgə maliyyələşdirilən ‘’Sosial iş və münaqişə’’ layihəsi çərçivəsində keçiriləcək təlimlərdə iştirak etməyə dəvət edirik.
Layihə 18-30 yaş aralığında olan, sosial iş tələbələri və praktik sosial işçilər üçün nəzərdə tutulur. İştirakçıların sayı 20 nəfər müəyyən olunmuşdur. Layihənin məqsədi iştirakçıların münaqişələrin transformasiyası ile bağlı məlumatlandırılması ve onların bu prosesdə rolunu artırmaqdır. Təlim münaqişələrin transformasiyasında sosial işçilərin rol və öhdəlikləri, sosial işin sözügedən sahədə əhəmiyyəti mövzularında agahlığı artırmağı hədəfləyir.
Sessiyalar qeyri-formal təlim metoduna əsaslanaraq keçiriləcək. Təlimin 7 gün -yarım gün formatında olmağı nəzərdə tutulub. Sülh və münaqişə mövzusunda daha çox məlumat qazanmaq üçün sizi təlimlərimizə qoşulmağa dəvət edirik.

*Qeyd:
-Təlimdə fəal və tam iştirak edən şəxslərə sertifikat təqdim ediləcək.
-İlkin dəyərləndirmədən keçən şəxslər müsahibə mərhələsinə dəvət olunacaqlar.
-Təlimdə iştirak ödənişsizdir

Son müraciət tarixi:13.11.2019

Təlimin tarixi:
Noyabr:16/17/23/30
Dekabr:1/7/8
Qeydiyyat üçün link: bit.ly/2MZ8c3b
(yerlərin sayı məhduddur)

Bəyən və paylaş

Rəylər

rəy(lər)