2 Oktyabr 11:33

Şotland tədqiqatçı: “Azərbaycan daşqınlarla əlaqədar tədqiqatda nümunə göstərə bilər”

“Xəzər dənizinin kimyəvi quruluşu, müxtəlif tipli modelləşdirilmə və model ardıcıllığı, sululuğunun və sahil daşqınlarının araşdırılması məqsədilə ekspertlər və peşəkarlar cəlb oluna bilər. Bu mövzunu bəzi alimlərlə müzakirə edə bilərəm. Əgər alimlər də böyük sululuğun, daşqınların olması ilə əlaqədar fikirlə razılaşırlarsa və sahilyanı layların palçıq vulkanlarını zədələməsi haqqında geofiziki dəlillər mövcuddursa və biz də öz növbəmizdə bunları sübut kimi nümayiş etdirə biləriksə, o halda, beynəlxalq alimlərin diqqətini Azərbaycana yönəldə və onların gəlib bu məsələləri araşdırmasına təkan verə bilərik. Bu da Azərbaycan üçün fövqəladə bir hal ola bilər, necə ki, Avroviziya yarışması kimi bir çox təqdirəlayiq tədbirlərə imza atmısınız. Bu halda daha ümidverici və daha məhsuldar gələcəyə ümid etmək olar və Azərbaycan mənim bəhs etdiyim daşqınlarla (subasma) əlaqədar nümunə göstərə bilər”.

Bu fikirləri saytımıza açıqlamasında 2000-ci ildə BP şirkətinin Ətraf Mühit üzrə qrup lideri kimi Azərbaycana gəlmiş və Xəzər dənizində tədqiqatlar aparmış, indi isə Qərbi Kaspi Universitetinin dəvəti ilə Bakıda olan şotlandiyalı tədqiqatçı Ronnie Gallagher bildirib.

Tədqiqatçı qeyd edib ki, Azərbaycanda, xüsusilə də mənim nəzərdən keçirdiyim sahələr üzrə tələbələri həvəsləndirə biləcəyimiz baza yaratmaq yaxşı olardı: “Qərbi Kaspi Universiteti bunun üçün əlverişli yer ola bilər. Əsas tədqiqatı reallaşdırmaq üçün biologiya, coğrafiya, geologiya, geomorfologiya, geofizika və bir sıra sahələr üzrə ekspertlərdən ibarət qrup cəlb edilməlidir. Maraqlanan şəxslər üçün konfrans da təşkil oluna, əldə olunan məlumatları masa üzərinə qoyub, daha da təkmilləşdirib, bir layihə yaratmaq olar. Bunun da nəticəsində böyük layihələr işlənib hazırlana bilər və Avropa İttifaqı və Azərbaycanda fəaliyyət göstərən bütün institutlar bununla maraqlana bilərlər”.

Ronnie Gallagher bildirib ki, son 6 ayda Azərbaycana gəldiyimdə çoxlu miqdarda sahilyanı subasmaların şahidi oldum və onların çoxlu sayda fəsadları baş verir. Çox ətraflı araşdırmalara yol açmaq istəyirəm. Ona görə ki, bu sadəcə bir fənn və yaxud sahədən ibarət deyildir. Buraya lillərin tədqiqi, okeanoqrafiya, astronomiya kimi bir sıra elmi sahələr cəlb olunur. Xəzər dənizinin su səviyyəsi bəlkə də son 15 min illik tarixdə bir çox şeylərə təsir etmişdir. O, insanlara, biologiyaya, insanların yaşaya biləcəyi biomüxtəlifliyə təsir etmişdir. Duzlu suyun bir çox çirklənmələrə səbəb olması insanların daha təhlükəsiz və əlverişli yerlərə miqrasiyasına gətirib çıxarmışdır”

Bəyən və paylaş

Rəylər

rəy(lər)