"Soyuducu Anbar Kompleksinin Rəhbəri" vakansiyası

"Agrarco" MMC "Soyuducu Anbar Kompleksinin Rəhbəri" vakansiyasını elan edir: İş yeri: Şimal regionu (Qusar rayonu) Vəzifə öhdəlikləri: Müxtəlif növ saxlancları, onların iş prinsiplərini təhlil və müəyyən etməklə yoxlayır Məhsulların daşınması və qəbulu, inventarın idarə olunması, müştərilərə göndəriləcək çatdırmaların verilmiş vaxta uyğun olaraq planlaşdırılması, müəssisəyə verilən dəyərin optimallaşdırılması ilə əlaqədar şöbələr üzrə prosedurlar, sistemlər hazırlayır və təsdiq edir İşləri müəyyən edilmiş müddətdə yekunlaşdırmaq üçün komandanın üzərinə düşən bütün vəzifələrin yerinə yetirilməsinə nəzarət edir Saxlama, yükləmə və boşaltma ilə əlaqədar üsul və tələbləri, eləcə də maliyyə nəticələrinə təsir edə biləcək mallara dair texniki məlumatları araşdırır İş cədvəllərini hazırlamaq və xüsusi vəzifələri təyin etməklə işçi heyətini idarə edir İşçi heyətin seçimi və ya müsahibəsi, eləcə də yeni işçilərin işə götürülməsi, təlimini həyata keçirir, məhsullara nəzarət edən personalı müəyyən edir Saxlanc və qablaşdırma fəaliyyətlərini müşahidə edir, qiymətləndirir, müvafiq hesabatlar hazırlayır və dəyişikliklər təklif edir Anbarlarda müstəqil inventarizasiyalar təşkil edir, şirkət daxili inventarizasiyalarda yaxından iştirak edir. Tələblər: İqtisadiyyat və menecment sahələrinin biri üzrə ali təhsil Məhsulun qəbulu və ötürülməsi qaydaları Anbarda olan məhsulların çeşid və növləri, ölçüləri, keyfiyyət xarakteristikası Məhsulların çeşidlənmə və qablaşdırma qaydaları Yükləmə-boşaltma işlərinin təşkili Məhsulların saxlama və yığılma spesifikası Məhsulların qeydiyyatı və sənədləşmə qaydaları MS Office proqramları. Məsuliyyəti: Müəssisənin vahid elektron məlumat bazası ilə anbar və kameralarda olan məhsul qalıqlarının düzgünlüyünə cavabdehlik daşıyır Məxfi informasiyanın və şirkət sirlərinin saxlanmasına görə məsuliyyət daşıyır Bu “Vəzifə təlimatı” ilə müəyyənləşdirilmiş vəzifələrin icra edilməsinə, Regional Təsərrüfat Rəhbərinin və Müəssisə Direktorunun əmr və sərəncamalarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görəməsuliyyət daşıyır Təhvil–təslim aktı və ya maddi məsuliyyət müqaviləsi iləonatəqdim olunmuş inventara və məhsula görə məsuliyyət daşıyır Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl olunmasına və bu təlimatda nəzərdə tutulmuşdigər əmək funksiyalarının yerinə yetirilməsinə məsuliyyət daşıyır. Digər öhdəliklər: Əmlak təhlükəsizliyi, ilkin tibbi yardım, yanğın və fövqəladə hal prosedurları ilə tanış olmaq və avadanlığı təhlükəsiz və düşüncəli tərzdə istismar etmək Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və aidiyyəti şəxslərə potensial təhlükələr haqqında məlumat vermək. Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) müvafiq başlıq altında[email protected]ünvanına göndərilməsi xahiş olunur.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az