22 Noyabr 19:48

Speak Glocal: Training for Teachers program

Hər zaman yeni biliklərə açıq olan və hər an inkişaf etməyi özünə borc bilən İngilis dili müəllimləri, bu layihə sizin üçündür!

Şagirdlərin dil bacarıqlarını inkişaf etdirməyə elə siz müəllimlərdən başladıq.

Tanış olun, yeni “Speak Glocal” platforması

“Speak Glocal”, İngilis dilini dəyişiklik vasitəsi olaraq inkişaf etdirmək üçün yeni bir platformadır. Dünya ilə sərbəst ünsiyyət qurmağa, 21-ci əsrin çətinliklərinə hazır olmağa və dünyanın ən yaxşı təhsilinə qapı açmağa kömək etmək məqsədini daşıyır.

ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə ilk layihəmiz Azərbaycanın bölgələrindəki məktəblərdə dərs keçən İngilis dili müəllimləri üçün nəzərdə tutulub.

Əsas məqsədimiz nədir?

– İngilis dili müəllimlərinə dil və tədris bacarıqlarını inkişaf etdirmək və aktivləşdirmək üçün dəstək vermək

– Müəllimlərin İngilis dili biliklərini təkmilləşdirmək və tələbəyə yönəldilmiş, fəaliyyətə əsaslanmış müasir metodikanı inkişaf etdirmək

Beləliklə şagirdlər İngilis dili müəllimlərinin daha yaxşı öyrədilməsindən bəhrələnəcək və bununla da İngilis dili bacarıqlarını və iş qabiliyyətlərini artıracaqlar.

Bakıda keçiriləcək 4 günlük intensiv “Təlimçilərə təlim” proqramı iki hissədən ibarət olacaq:

1. Nəzəri (Təlim materialları ilə tanışlıq)
2. Praktiki ( Mikro-təlim məşğələləri vasitəsilə təlimçi rolunda özünüzü sınamaq şansı).

Təlim Ukraynadakı “Go Global” tərəfdaş təşkilatımızın mütəxəssisləri tərəfindən keçiriləcəkdir.

GoGlobal Ukraynada yaradılmış və ölkə daxilində 1700-dən çox məktəb və 160.000 şagirdlə işləyən təhsil platformasıdır.

Bakıda təşkil olunan 4 günlük təlimdən sonra iştirakçıların biliklərini daha da artırmaq məqsədilə 3 onlayn vebinar mütəxəssislər tərəfindən keçiriləcək.

Təlimi yekunlaşdırmaq və sertifikat almaq üçün hər bir iştirakçı öz regionunda olan digər müəllimlərə 2-3 saat davam edən seminar (workshop) keçməlidir.

Bu layihə kimlər üçündür?
İngilis dili müəllimi kimi fəaliyyət göstərənlər. Üstünlük Azərbaycanın bölgələrindən olan müəllimlərə veriləcək

🗓Nə vaxt?
25-29 Yanvar 2020ci il

📌Nə?: Beynəlxalq tərəfdaş “Go Global” tərəfindən keçirilən Bakıda 4 günlük intensiv təlim, 3 online vebinar və Speak Glocal, Go Global və ABŞ Səfirliyi tərəfindən imzalı sertifikat

Təlimdə iştirak ödənişsizdir və bütün logistika xərcləri qarşılanır (Nəqliyyat, otel və təlim zamanı yemək)

Təlimdə iştirak etmək üçün tələblər:

✅ 3+ il İnglis dilini tədris etmə təcrübəsi
✅ Göstərilmiş tarixlərdə Bakıda keçiriləcək təlimdə iştirak etmək
✅ Regionunuzda digər İnglis dili tədris edən müəllimlərə workshop keçə bilmək

📍 Qeydiyyat üçün link: https://forms.gle/pPd6nbFL87GU2Ce88
Son tarix: 1 Dekabr
Seçim prosesi ərizələrin qəbulu ilə paralel aparılacaq ona görə müraciət etməyə tələsin

☎ Əlavə suallar üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiz: 0506828478 Arzu Ağazamanova

Bəyən və paylaş