5 Sentyabr 19:27

“Speak out” natiqlik məktəbinin iştirakçısı ol!

Speak out” natiqlik məktəbinin iştirakçısı ol!

Azərbaycan Gənclər Fondunun (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) maliyyə dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən 10-14 sentyabr tarixlərində Şəki şəhərində “Speak out” natiqlik məktəbi keçiriləcək.
Natiqlik məktəbində Bakı şəhəri ilə yanaşı 10 regiondan olmaqla (Abşeron, Dağlıq Şirvan, Quba-Xaşmaz, Ş.Aran, Mərkəzi Aran və Q.Aran, Yuxarı Qarabağ, Lənkəran,Gəncə-Qazax və Şəki-Zaqatala Regionları) gənclər iştirak edəcək.

“Speak out” natiqlik məktəbinin məqsədi gənclərin natiqlik bacarıqlarının artırılması, mövzuların araşdırılmasında kömək edilməsi, gənclərin araşdırma qabiliyyətinin inkişaf etdirilməsi, dünyagörüşünün genişləndirilməsi, komanda ruhunun və fəallıqlarının artırılmasıdır.

Layihəyə qoşulan gənclər natiqlik, fərdi inkişaf təlimləri ilə yanaşı həm debat, həmçinin də intellektual oyun və yarışların iştirakçısı olaraq praktiki biliklərə yiyələnəcəklər.

Sən də natiqlik qabiliyyətini inkişaf etdirmək, yeni dostlarla tanış olmaq, biliklərini artırmaq üçün “Speak out” natiqlik məktəbinə SƏN də qoşul və gənclik ruhunu hiss et!

Qeydiyyat linki: https://speakoutnatiqlik.typeform.com/to/Ffrlh8

Tarix: 10-14 sentyabr 2019-cı il
Məkan: Şəki şəhəri
Son müraciət tarixi: 06.09.2019

Bəyən və paylaş

Rəylər

rəy(lər)