SQL Developer vəzifəsi üzrə vakansiya

Bank Respublika ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentinə SQL Developer vəzifəsi üzrə vakansiya elan edir. Ümumi vəzifə öhdəlikləri:
  • Müxtəlif struktur bölmələrin müraciəti əsasında qərar vermək məqsədilə biznes informasiyanın hazırlanması;
  • Bankdaxili proseslər və hesabatların maksimum avtomatlaşdırılması;
  • Bank proqramlarında günün bağlanmasının həyata keçirilməsi;
  • Proqram təminatı serverinə xidmətin təmin olunması və layihələndirilməsi;
  • Məlumat bazasının yaradılması və idarə edilməsi üzrə müasir texnologiyalarla işin təşkili.
  Namizədə qarşı tələblər:
  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (bank sahəsi üzrə təcrübə arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan dili əla, ingilis və rus dilləri texniki səviyyədə arzuolunandır;
  • Məlumat bazalarının proqramlaşdırılması üzrə biliklər (Oracle SQL, PostgreSQL, MSSQL, MySQL);
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
  Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində SQL Developer qeyd etməklə 17 mart 2022-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.   Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az