Cümə axşamı, 21 Avqust, 2025

“SQL Proqramçı” üzrə təlimə yenidən müraciətlər qəbul olunur


  • Dərc edildi: 19 Noyabr, 2021 - 09:52
“SQL Proqramçı” üzrə təlimə yenidən müraciətlər qəbul olunur

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzitərəfindən “SQL Proqramçı” üzrə təlimə yenidən müraciətlər qəbul olunur.

Təlim iştirakçıları SQL dilində proqramlaşdırma, data bazanın düzgün strukturlaşdırılması, sorğuların və funksiyaların tətbiqini, mürəkkəb data modellərinin və hesabatların qurulmasını öyrənəcək, layihələrlə işləyərək müxtəlif bizneslər üçün databaza həlləri tapacaq və onları tətbiq edəcəklər.

Təlim üçün əsas meyarlar:

Orta ixtisas və ya ali təhsil;

İngilis və ya rus dilini ən azı texniki tapşırıqları həll edə biləcək səviyyədə bilmək;

Kompüterdə işləmək təcrübəsi və proqramlaşdırmaya dair baza biliklərin olması.

Təlim müddəti: 2.5 ay

Təlim Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.

İlkin mərhələdə seçilmiş namizədlər növbəti seçim mərhələsinə keçid üçün dəvət alacaqlar.

Son olaraq seçilmiş namizədlər təlim haqqından azad ediləcəklər.

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək.

Müraciətləri 15 dekabr, 2021-ci il tarixinədək aşağıdakı linkə keçid edərək göndərə bilərsiniz:

https://bit.ly/3oH4b55

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 203
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7131
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1853
Azərbaycan Texnologi...