4 İyun 19:37

Start it UP, Keep it UP sosial sahibkarlığın inkişafı sahəsində mentorluq proqramına start verilir

Start it UP, Keep it UP sosial sahibkarlığın inkişafı sahəsində mentorluq proqramına start veririk❗️

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı və Avropa Komissiyasının maliyyə dəstəyi ilə 🗓 20 iyun – 31 avqust tarixlərində həyata keçiriləcək “Start it UP, Keep it UP” layihəsi sosial sahibkarlığın inkişafına yönəlmiş yeni bir layihədir. Layihənin əsas məqsədi sosial sahibkarlıq mərkəzləri yaratmaqla və bu sahədə bacarıqlı mentorlar və təlimçilər yetişdirməklə gələcək potensial sosial sahibkarları dəstəkləməkdir.

Mentorlar qismində Zaur Ünsizadə, Fidan Rüstəmova, Nigar Ələsgərova, Sara Rəcəbli iştirak edəcəklər.

🔻 Mövzular:

• “Müasir iqtisadi reallıqlarda Azərbaycanda biznes”;
• “Sahibkar və Satış”;
• Biznesdə əlaqələrin rolu;
• BiznesMƏN-hardan başlayım?;
• Sosial sahibkarlıq və onun əhəmiyəti;
• Sosial sahibkar olmaq istiqamətində 6 addım;
• Sosial sahibkarlığa giriş;
• Sosial sahibkarlığa sıfırdan başlamaq;
• Sosial sahibkarlıqda kooperativ ünsiyyətin rolu;
• Pre-aklerasiya və aklerasiya proqramları çərçivəsində
Canvas Biznes Modeli, market araşdırmasından piçinqə
qədər hər şey.

Bütün seminarlar mentorlar tərəfindən mentilərin layihələrinin inkişaf mərhəsinə uyğun olaraq aparılacaqdır.

👤 Seçiləcək iştirakçıların sayı: 20 nəfər

🔗 Qeydiyyat linki: https://bit.ly/2wvPSWw

Bəyən və paylaş

Rəylər

rəy(lər)