18 Fevral 09:57

Startap-lar üçün Amerikadan ən yaxşı təcrübə

1.”Encouraging Innovative Activity Among Students: Best Practices from the US”
2. Ümumi olaraq əhəmiyyətli ehtiyaclar, müddət, sponsor və investisiya tapmaq imkanları, bazar

Dr. Esin Sile kimdir?

Esin Sile, Ph.D.
Mayndbric Partners, Partnyor və Baş icraçı direktor
Dr. Sile təcrübəli iqtisadçı və konsultant olaraq təhsil sektorundakı müəssisə və təşkilatlarla geniş şəkildə çalışmışdır. O, K-12-dəki müştəriləri və ali təhsil müəssisələrini verilənlər əsaslı araşdırma yönümlü strategiya ilə təmin etmək üçün onlarla əməkdaşlıq etmişdir. Dr. Sile həmçinin təşkilatlarında necə ən yaxşı innovativ və təşəbbüskar strategiyalar qəbul etmək mövzusunda qlobal müştərilərə məsləhət edilmişdir. Dr. Sile innovasiya və sahibkarlıq üzrə beynəlxalq konfranslarda tez-tez çıxışlar edir. Karyerası boyunca o bir sıra sənayelərdə mürəkkəb hüquqi iddialar, tənzimləyici əməliyyatlar və strategiya inkişafı ilə bağlı məsələlər üzrə müştərilərə məsləhətlər vermişdir.
Hazırda Dr. Sile əsas diqqət mərkəzinin öyrənməvə innovasiya olduğu konsultasiya firması Mayndbric Partners şirkətində partnyor və baş icraçı direktordur. Esin xanım əvvəllər ABŞ-dakı aparıcı ali təhsil konsultasiya şirkətlərindən biri Məkvayər Əsoşieytsdə (Maguire Associates) vitse president olaraq fəaliyyət göstərib. Ondan öncə isə ABŞ-dakı aparıcı ali təhsil konsultasiya şirkəti Ənalisis Qrupdakı (Analysis Group) 10 illik iş müddəti ərzində çox saylı konsaltinq işinə rəhbərlik etmişdir.
Dr. Sile Bilkent Universitetində Beynəlxalq Əlaqələr üzrə bakalavr dərəcəsi, Cons Hopkins Mütərəqqi Beynəlxalq Əlaqələr Məktəbində Beynəlxalq Hüquq və Beynəlxalq İqtisadiyyat üzrə magistr dərəcəsi, Braun Universitetində İqtisadiyyat üzrə magistr dərəcəsi və Corctaun Universitetində İqtisadiyyat üzrə doktorluq dərəcəsi almışdır. O, Turkish WIN Boston bölməsinin həmsədridir. Eyni zamanda Braun Universiteti Məzun Klub Panelində panel xəzinədarı olaraq çalışır.
Esin Sile, Ph.D.
Partner and CEO
MindBridge Partners
31 St. James Avenue Suite 920,
Boston, MA 02116

Bəyən və paylaş

Rəylər

rəy(lər)