25 Fevral 23:38

“Start it UP, Keep it UP” layihəsi

Əziz gənclər və gənclər təşkilatlarının nümayəndələri!📣

Hər birinizi aşağıda qeyd olunan beynəlxalq layihədə iştirak etmək üçün qeydiyyatdan keçməyə və mövcud imkanlardan yararlanmağa dəvət edirik.

“Start it UP, Keep it UP”
Sosial sahibkarlıq çərçivəsində mentorluq bacarıqlarının inkişafı layihəsi⬇️

Layihənin ümumi təsviri📃:

“Start it UP, Keep it UP” layihəsi sosial sahibkarlığın inkişafına yönəlmiş yeni bir layihədir. Bu layihə gənclər sektorunda digər sahələrlə müqayisədə az bilinən sahələrdən biri olan, Avropa üçün yeni konsepsiya kimi çıxış edən sosial sahibkarlıq mövzusuna toxunaraq, sosial “Start-Up” inkubatorlarının yaradılmasını hədəfləməklə özünün innovativ xüsusiyyətini vurğulayır.
Əsas fəaliyyətlər:

1) Xorvatiyada təlim kursu 🇭🇷 : 12- 18 aprel 2019;
2) Hər iştirakçı ölkədə 1-ci praktiki faza;
3) Makedoniyada təlim kursu 🇲🇰 : 23- 29 sentyabr 2019;
4) Hər iştirakçı ölkədə 2-ci praktiki faza;
5) Yunanıstanda təlim kursu 🇬🇷 : 10- 16 fevral 2020;
6) Sosial Sahibkarlıq Forumu: 4- 9 aprel 2020.

Son müraciət tarixi🗓: 3 mart 2019

Nəticələrin elan olunması🗓: 7 mart 2019

➡️Qeyd 1: Seçilmiş iştirakçılar (4 nəfər) qeyd olunan bütün əsas fəaliyyətlərdə (təlim kursları) iştirak etməlidir.
➡️Qeyd 2: Bütün xərclər (səyahət, yaşayış, qidalanma) təşkilat tərəfindən qarşılanır. İştirakçıların səyahət xərcləri hər təlim kursunun keçiriləcəyi ölkədə geri ödənilməklə qarşılanacaqdır.

Ətraflı məlumat üçün:
http://bit.ly/2GIghrg

Əlaqə e-poçtu📮:
[email protected]

Qeydiyyat linki:
http://bit.ly/2BSydeO

Bəyən və paylaş

Rəylər

rəy(lər)