5 May 19:48

Startup dünyasında bir uğur hekayəsi – təlimi

Fərdi inkişafa can atan və öz sahibkarlıq fəaliyyətini qurmaq arzusunda olan dostlarımıza şad xəbərimiz var! 🙂

Gənc innovatorların müasir biznesdə rolunun artması hər kəsi sevindirir. Lakin gənc sahibkarların uğur qazanması heç də asan nail olunan məsələ deyil. Bəs bir uğur hekayəsi əldə etmək üçün nələri bilmək, nələrə əməl etmək, nələri öyrənmək lazımdır?

Bir neçə dünya səviyyəli innovativ layihənin müəllifi, tanınmış IT mütəxəssisi Rəşid Əliyevlə Prosperiumda görüşə gələrək bu suallarınıza cavab tapa bilərsiniz. Rəşid Əliyevin müəllifi olduğu, bir kliklə materialların müxtəlif cihazlar arasında ötürülməsini təmin edən “Beth Clip” layihəsi məşhur CNBC kanalı tərəfindən 2015-ci ilin ən yaxşı 20 startup şirkəti siyahısında 3-cü yerdə göstərilmiş, müxtəlif beynəlxalq investorların diqqətini çəkmişdir. Hal-hazırda üzərində işlədiyi “Braille Pad” layihəsi isə görmə qabiliyyəti məhdud insanlar üçün planşet hazırlayaraq həmin şəxslərin internet dünyasının zənginliklərindən istifadəsini dəfələrlə rahat və asan edəcək.

Rəşid Əliyev :
“Yeni Fikir” (1-ci yer),
“Milli Net” (1-ci yer),
“Startup Azərbaycan” (finalçı),
“Elevator sales pitch” (2-ci yer),
“Startup AddVenture 2015” (finalçı),
“STEP2015 Pitch Competition” (finalçı),
“GIST Tech-I 2015” (finalçı),
“ITU Telecom World Entrepreneurship Awards 2015”(excellence) və digər çoxsaylı mükafatlar da qazanmışdır.
Xatırladaq ki, Rəşid Əliyev ixtisasca reklam və kommersiya mütəxəssisidir.

Tədbirin vaxtı: 7 may 2016-cı il, saat 13:00-14:30
Ünvan: Bünyad Sərdarov küçəsi 12 (Axundov bağının yanı)
Tel.: +994 12 480 04 59

Qeydiyyat üçün : https://goo.gl/c3r6rR

Qeyd 1. Qeydiyyatdan keçdikdən sonra gəlməyən dostlar Prosperium-un “black list”inə əlavə edilərək gələcək təlimlərimizdə iştirak hüququnu itirəcəklər.

Qeyd 2. Yerlər məhduddur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)