“STEAM Azərbaycan Festivalı 2021” keçiriləcək

Təhsil Nazirliyinin “STEAM Azərbaycan” layihəsi çərçivəsində VI-XI sinif şagirdləri üçün 9-10 dekabr 2021-ci il tarixlərində Baku Expo Mərkəzində “STEAM Azərbaycan Festivalı 2021” (https://saf.steam.edu.az/) keçiriləcək.

SAF (STEAM Azerbaijan Festival) 2021 – Təshil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində ölkənin 6-11-ci sinif şagirdləri üçün ilk dəfə olaraq 9-10 dekabr 2021-ci il tarixlərində Baku Expo Mərkəzində keçiriləcək.

STEAM Azərbaycan Festivalında 10 kateqoriya üzrə yarışlar təşkil olunacaq.

Əsas məqsədimiz keçirildiyi müddət ərzində müxtəlif ideyaların reallaşdırılması, fərqli həll yollarının araşdırılması, istedadlı şagirdlərin üzə çıxarılması, biliklərin və bacarıqların qazanılması, təhsilalanların yeni əməkdaşlıqları üçün şərait yaratmaqdır.

Dünyada bu istiqamətdə yarış və olimpiadalarda iştirak etmək üçün yerli olimpiadaların təşkili, sistemli və mərkəzləşdirilmiş şəkildə ilkin seçim və hazırlıq imkanı yaradacaqdır. Onu da qeyd edək ki, dünyada keçirilən bu tip yarışlarda şagirdlər və məktəblər xüsusi olaraq qatılırlar. Prosesə mərkəzləşdirilmiş şəkildə yanaşma daha yaxşı nəticələr əldə etməyə imkan yaradacaq. Bu cür tədbirlərin keçirilməsi həmin sahənin ölkə üzrə tətbiqi və genişlənməsi baxımından da effektivdir.

 

STEAM Azərbaycan Layihəsi – www.steam.edu.az

Təhsilimizin qloballaşan dünyaya inteqrasiyasının prioritet sahə olduğunu nəzərə alaraq 2019-2020-ci tədris ilindən başlayaraq ölkəmizdə STEAM Azərbaycan layihəsi tətbiq olunmağa başlamışdır.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Təhsil Nazirliyinin Təhsil İnstitutunun dəstəyi ilə “STEAM Azerbaijan” layihəsi 2019-2020-ci tədris ilindən start götürüb.

STEAM təhsil metodu 5 əsas disiplinlərin birləşik şəkildə təşkilidir. Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. STEAM layihəsinin əsas məqsədi Respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığin inkişaf etdirilməsi, praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrətmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.

Related Articles