26 Mart 12:19

STEP-də .NET texnologiyaları üzrə kurs işlərinin açıq təqdimatı

Əziz tələbələr, qonaqlar, partnyor şirkətlər və Akademiyamızın fəaliyyəti ilə maraqlanan hər kəs. STEP IT Academy-nin Proqram Təminatının Yaradılması ixtisası üzrə təhsil alan tələbələrəin .NET texnologiyaları üzrə kurs işlərinin açıq təqdimatı baş tutacaq.

Proqramlaşdırma istiqamətində oxuyan tələbələrimiz 3-cü semestr ərzində öyrəndikləri dillər üzərində tərtib etdiyi desktop və mobil əlavələrini təqdim edəcəklər.

Təqdimat mərasimi açıqdır, şirkətinə işçi axtaran, akademiyadaki təhsil ilə maraqlanan və ümumiyyətlə proqramlaşdırma ilə məşqul olan hər kəs təqdimata dəvətlidir.

Təqdimat mərasimi 30 Mart tarixində saat 16:00’da STEP IT Academy-nin konfrans zalında baş tutacaq.

Hamınız tədbirə dəvətlisiniz!

Bəyən və paylaş

Rəylər

rəy(lər)