STEP IT Academy Cisco tədris materiallarını azərbaycan dilinə tərcümə etdi

2 il bundan öncə, STEP IT Academy və  Cisco Networking Academy Azərbaycan üçün unikal bir layihəyə start verdi: Cisco Şəbəkə Akademiyasının IT Essentials kursunun azərbaycan dilinə tərcüməsi.

 

Uzun və çətin iş prosesindən sonra oktyabrın 5-i, ITE (PC Hardware and Software) kursu Azərbaycan dilində Cisco Networking Academy-nin saytında rəsmi olaraq yerləşdirilmişdir və Cisco Networking Academy statusuna malik bütün təhsil müəssisələrində tam ödənişsiz təqdim olunur.

 

 

809 fəsildən, laborator işlərindən, mövzu və testləedən ibarət materiallar birbaşa ingilis dilindən tərcümə olunmuşdur. Azərbaycan dilində olan bütün terminologiya Milli Elmlər Akademiyasının dərc etdiyi terminoloji lüğətə əsaslanır.

 

Materialda 14 əsas mövzu yer alır. Hər əsas mövzu daxilində alt mövzular, testlər və imtahanlar mövcuddur. Həmçinin kurs daxilində bir sınaq imtahanı və bir yekun imtahan var. Kursu müvəffəqiyyətlə bitirmiş tələbələr CompTIA sənaye sertifikatı üçün imtahanı rahatlıqla verə bilərlər.

 

Bu layihə üzərində əzmkarlıqla çalışan STEP IT Academy-nin tələbələri və müəllimlərini xüsusilə qeyd etmək istəyirik və onları layihənin uğurla bitməsi münasibəti ilə ürəkdən təbrik edirik:

 

  • Fərhad Əliyev – Şəbəkələr və Kibertəhlükəsizlik kafedrasının təlimçisi
  • Xəyalə Mustafayeva – Kiçik Kompüter Akademiyasının təlimçisi
  • Əlfəddin Həbibov – Şəbəkələr və Kibertəhlükəsizlik kafedrasının tələbəsi

 

 

Həmçinin biz Cisco Azerbaijan şirkətinə layihənin ərsəyə gəlməsində Akademiyamıza göstərdiyi dəstək üçün dərin təşəkkürümüzü bildiririk.

 

Biz fəxr edirik ki, Azərbaycanın IT sahəsinə öz tövhəmizi verə bilmişik. İndi hər tələbə öz ana dilində IT sahəsində ilk addımını ata biləcək.

Bir cavab yazın

Back to top button