30 Noyabr 12:24

“Stereotipləri dağıt” adlı təlim keçiriləcək

Əziz gənclər,
Azərbaycan Gənc Avropa Səfirləri şəbəkəsi sizi  “Stereotipləri dağıt” adlı təlim kursunda iştirak etməyə dəvət edir!

Təlimin əsas məqsədi gənclər arasında fiziki məhdudiyyəti olan insanlara qarşı formalaşmış stiqma və stereotiplərin dağıdılması və bu sahədə məlumatlandırmanı artırmaqdır.

1 günlük seminar zamanı, iştirakçılar qeyri-formal təhsil metodları vasitəsilə yeni bilik və bacarıqlara yiyələnəcək və bu təcrübəni öz həmyaşıdları ilə paylaşmaq şansı əldə edəcəklər.

Dil: Azərbaycan dili
Gün: 4 dekabr 2018-ci il
Vaxt: 14:00 – 18:00
Yer: Baku IdeaLab (Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza III, mərtəbə 3)

Kimlər müraciət edə bilər:
– 18-30 yaş arası gənclər;
– Əlilliyi olan şəxslərlə çalışarkən yeni yanaşma və bacarıqlar öyrənmək istəyən gənclər.

Qeydiyyatdan keçmək üçün 2 dekabr tarixinə qədər [email protected] elektron poçt ünvanların ad və soyadınızı, eləcə də, nə üçün iştirak etmək etmək istədiyinizi qısa şəkildə yazıb göndərməyiniz xahiş olunur.

Təlimdə iştirak ödənişsizdir. İştirakçılar çay fasiləsi ilə təmin olunacaqlar.

Əlavə sullarınız olarasa layihə rəhbəri Türkan Məmmədli ilə əlaqə saxlaya bilərsiniz:
Email: [email protected]
Mob: 051-405-5287

Biz inanırıq ki, bu təlim sağlamlığında məhdudiyyət olub olmamasından asılı olmayaraq hər kəsin eyni hüquqlara malik olduğunu və onların da hər şeyə qadir olduğunu gənclərə aşılayacaq.Tədbir 10 Dekabr – Dünya İnsan Haqları günü hərs olunur.

Bəyən və paylaş