Stop Motion Vorkşopu – III Animafilm

🇦🇿 Əziz animasiya həvəskarları! 🇦🇿

Animasiyanın əsas növlərindən olan stop motion animasiyası və kukla armatur barədə daha detallı öyrənmək istəyirsiniz?

O zaman sizləri ANİMAFİLM Məktəbi və III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı tərəfindən 16, 18 oktyabr tarixlərində həyata keçiriləcək “Stop motion animasiyası və kukla armatur skeleti” adlı vorkşopumuza dəvət edirik!

🇨🇿 Vorkşop Çexiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə həyata keçirilir. 🇨🇿

“Stop motion animasiyası və kukla armatur skeleti” vorkşopu builki OSCAR qısametrajlı animasiya nominasiyası üzrə 5 film içərisində yarışan, “Daughter” (“Qız”) filmi ilə məşhurlaşan rejissor və animator Daria Kaschcheeva tərəfindən həyata keçiriləcəkdir.

“Stop motion animasiyası və kukla armatur skeleti” vorkşopunda iştirak etmək üçün aşağıdakı kriteriyalar tələb olunur:

– Əvvəllər animasiya hazırlamaq təcrübəsi olması;
– Kukla animasiyasını öyrənməyə həvəsli olması;
– Hər iki gün iştirak edə bilməsi ;

Qeyd: Müraciət etmək üçün aşağıdakı qeydiyyat formunu doldurmağınız xahiş olunur:

https://docs.google.com/forms/d/e/1FAIpQLSdd_jlSIAtaR56x5ZOy48qh7r0cS9E7GfqAPoUv27qDNiBP5w/viewform

Mövcud pandemiya şəraitini nəzərə alaraq vorkşop üçün 15 yaşdan yuxarı 10 nəfər seçiləcəkdir.

🌞 Vorkşop ödənişsizdir. 🌞

Son müraciət tarixi:
12 oktyabr 2020, saat 23:59

Tarix:
16 oktyabr, 2020 saat 15:00 – 17:00
18 oktyabr, 2020 saat 11:00 – 13:00

Məkan:
Cəfər Cabbarlı küç. 40, Caspian Business Center
ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) ofisi (3-cü mərtəbə)

Ətraflı məlumat və sullarınızla bağlı [email protected] e-poçt ünvanına yaza bilərsiniz.

Bir cavab yazın

Back to top button