Cümə axşamı, 21 Avqust, 2025

“Stop or Stop it” layihəsi keçiriləcək


  • Dərc edildi: 6 Noyabr, 2021 - 04:28
“Stop or Stop it” layihəsi keçiriləcək

Dəyərli gənclər! Azərbaycan Gənclər Fondunun dəstəyi,Sağlam Gəncliyə Doğru Ictimai Birliyinin təşkilatçılığı vəIreli Ictimai Birliyinin tərəfdaşlığı ilə “Stop or Stop it” layihəsi baş tutacaq. Layihənin əsas məqsədi ölkəmizdə bullinqlə mübarizəni gücləndirmək, gənclərdə özgüvən, şəxsiyyət hissinin formalaşmasına dəstək olmaq və gələcək nəslin maarifləndirilməsi üçün yeni təlimçilərin yetişdirilməsidir. Layihədə 17-25 yaş arası motivasiyalı 22 nəfər ictimai-fəal gənc peşəkar mütəxəssislər tərəfindən “Bullinqlə mübarizə”, “İnsan hüquqları”, “Nifrət nitqinə yox”, “Təlimçilər üçün təlim”, “Şəxsiyyət kimi formalaşma” mövzularında keçiriləcək təlimlərdə iştirak edərək multiplayer kimi formalaşacaqlar. Layihənin davamlılığını nəzərə alaraq seçilmiş iştirakçılar multiplayer qismində əldə etdikləri praktiki və nəzəri biliklərdən istifadə edərək müxtəlif məktəblərdə yeniyetmələrə bullinqlə bağlı təlimlər keçəcəklər. Əgər sən də bullinqə yox deyirsənsə, bizə qoşul! Layihənin keçirilmə tarixi: 13-16 noyabr 2021 Keçirilmə yeri: Lənkəran, Azərbaycan Son müraciət tarixi: 07.11.2021 Qeydiyyatdan keçmək üçün link:https://ireli.az/sos/

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 203
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7131
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1853
Azərbaycan Texnologi...