3 May 18:43

STP -də Təcrübə İmkanı!

STP -də Təcrübə İmkanı!
Azərbaycan Respublikasının Gənclər Fondu və Sumqayıt Texnologiyalar Parkı (Sumgait Technologies Park) Mexanika mühəndisi, Metallurgiya mühəndisi və Maşınqayırma mühəndisi fakültələrinin sonuncu kurs tələbələri və ya 2018-ci ilin məzunları üçün yeni “Təlim – iş” proqramına start verir.
Zəkasına və bacarıqlarına güvənən gəncləri ilk iş yeri ilə təmin etməyə yönəlmiş bu proqram çərçivəsində perspektivli gənclərə 3-6 ay müddətinə aidiyəti sahələr üzrə təlimlər keçiriləcək, onlara təhsil müəssisələrində öyrəndikləri bilikləri praktiki tətbiq etmə imkanı yaradılacaq. Bu format təcrübəçilərə professional həyata daha tez və uğurlu adaptasiyasını təmin edəcək.

Hər bir təcrübəçiyə mentor (supervayzer) təyin olunacaq və onlara iş həyatında özlərini göstərmək üçün imkan yaradılacaq. Proqramın sonunda hər bir təcrübəçi ilə əmək müqaviləsi imzalanacaq və bazar tələblərinə uyğun əmək haqqı ilə təmin olunacaqlar.

Seçimlər zamanı İntellektual, analitik və kommunikasiya qabiliyyəti olan yaradıcı şəxslərə üstünlük veriləcəkdir.
Eyni zamanda STP-nin beynəlxalq bazar çıxdığını nəzərə alaraq xarici əlaqələrin gücləndirilməsi və genişləndirilməsi üçün müraciət edənlərin xarici dil bilikləri olmalıdır.

Müraciət etmək istəyən gənclər [email protected] elektron poçt ünvanına öz müraciətlərini göndərə bilərlər.

Proqram iştirakçıları STP tərəfindən nəqliyyat və nahar ilə yanaşı, simvolik məvaciblə də təmin olunacaqlar.

Son müraciət tarixi: 08 may 2019-cu il, saat 18:00.
Nəticələr 18 may tarixinədək açıqlanacaqdır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)