STP Şirkətlər Qrupu Elektrik sahəsi üzrətəcrübəçivakansiyası elan edir

STP Şirkətlər Qrupu Elektrik sahəsi üzrətəcrübəçivakansiyası elan edir. 2012-ci ildən etibarən bazarda STP MMC adı altında fəaliyyət göstərən şirkətimiz regionun ilk və ən böyük texnoparkıdır. Özündə 10-dan artıq istehsalat müəssəsini cəmləşdirən STP Şirkətlər Qrupunun məhsulları “Made in Azerbaijan” brendi altında dünya bazarında da öz yerini tutmaqdadır. Tələblər : -Elektroenergetika ixtisası üzrə orta ixtisas, bakalavr və ya magistr təhsilini son 3 ildə başa vurmuş; -Kişi namizədlərdən hərbi xidməti keçmiş və ya təcrübə müddətində möhlət hüququ olan; -Fikrini dəqiq ifadə edən və təqdimat bacarıqlarına malik olan; -Elektroenergetika sahəsinə aid baza biliklərinə malik olan; -Gərginlik səviyyələri haqda məlumata malik olan; -Yüksək Gərginlik sahələrində istifadə edilən avadanlıq, alət və elementlər haqda elementar məlumata malik olan; -Yüksək Gərginlik sahəsinə aid ehtiyat tədbirləri və təhlükəsizlik qaydalarına aid ilkin məlumatlı olan; -Sənaye sektorunda karyera qurmaq motivasiyasına malik olan; -Azərbaycan dilini yüksək səviyyədə bilən (ingilis və rus dili biliyi arzu olunandır) olmalıdır. Bu təcrübə prosesində nələri əldə edəcəksiniz? -Regionun qeyri-neft sektorunun ən böyük istehsalçısı sayılan STP Şirkətlər Qrupunda 3 ay müddətində mütəxəssislərimizlə birgə təcrübə keçmək imkanı; -Yüksək komanda ruhunda əməkdaşlıq imkanı; -Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit; -Əmək müqaviləsi əsasında sənədləşmə və həftəsonları istirahət; -5 günlük iş həftəsi (saat 08:00-dan 17:00-dək); -Ödənişli əsaslarla təcrübə qazanmaq imkanı; -Nəqliyyat xidməti və naharla təminat. Peşəkar komandamıza qoşulmaq və karyeranızın inkişafına gedən yolda bizimlə birlikdə irəliləmək istəyirsinizsə, 25 Aprel 2022-ci il tarixinədəkinternstp.comportalından qeydiyyatdan keçməklə və ya CV-nizi[email protected]elektron ünvanına göndərməklə təcrübə prosesinə müraciət edə bilərsiniz. Təcrübə prosesi ilə bağlı ətraflı məlumatı STP Şirkətlər Qrupunun rəsmi təcrübəçi portalından və sosial şəbəkə səhifələrindən əldə edə bilərsiniz.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az