reklam

“Strateji təhlil və beynəlxalq əlaqələr şöbəsinin aparıcı mütəxəssisi” vəzifəsi üzrə vakansiya

Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu “Strateji təhlil və beynəlxalq əlaqələr şöbəsinin aparıcı mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir. ƏSAS ÖHDƏLİKLƏR - Beynəlxalq təcrübədəmövcud olan maliyyə mexanizmlərinə dair təhlillərin aparılması və təkliflərin hazırlanmasında iştirak etmək; - Beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət qurumları ilə əməkdaşlığa dair, eləcə də xarici dövlətlərin müvafiq təcrübəsi barədə təkliflər vermək; - Müasir texnologiyalara əsaslanan investisiya layihələri üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müvafiq təhlil və araşdırmalar aparmaq; - Beynəlxalq təşkilatlarla və xarici dövlətlərin analoji qurumları ilə əlaqələrin qurulmasında iştirak etmək; - Fondun vəsaitlərinin yerləşdirilməsində səmərəliliyi təmin etmək məqsədilə iqtisadiyyatın sahələri üzrə araşdırmaların aparılmasında iştirak etmək; - Fondun fəaliyyətinin təkmilləşdirilməsinə dair təhlillər aparmaq, təkliflərin hazırlanmasında iştirak etmək və zərurət yarandıqda Fondun fəaliyyətini tənzimləyən qaydalar, prosedurlar və sənədlərin nümunəvi formalarının təkmilləşdirilməsinə dair təkliflər vermək; - Fonda daxil olan və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasında iştirak etmək; - Fondun fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək; - Fondun fəaliyyət istiqamətləri üzrə digər işlərə cəlb edilmək. NAMİZƏDƏ DAİR TƏLƏBLƏR - İqtisadiyyat və idarəetmə ixtisasları üzrə ali təhsil; - İxtisası üzrə 1 ildən az olmamaqla iş stajı; - Mükəmməl iqtisadi biliklərinin olması; - Analitik təhlil aparmaq və problemi həlletmə qabiliyyəti; - Operativ və düzgün qərar vermək bacarığı; - Təşəbbüskarlıq,diqqətlilik, məsuliyyət və düzgünlük keyfiyyəti; - MS Office (xüsusilə Word, Excel, PowerPoint) proqramlarından yüksək səviyyədə istifadə bacarığı; - İngilis dili (B1), Rus dili (B1); - Kollektivlə işləmək bacarığı və ünsiyyət qabiliyyəti. Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Strateji təhlil və beynəlxalq əlaqələr şöbəsinin aparıcı mütəxəssisi” qeyd etməklə[email protected]e-poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 20.09.2021

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az