12 Noyabr 12:34

“Street Art Festival”

“Street Art Festival”

Azərbaycan Respublikası Prezidenti yaninda Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi, Yeni Gələcək Gənclərin Maarifləndirilməsi İctimai Birliyi, Azərbaycan Turizm və Menecment Universiteti Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə “Street Art Festival” layihəsinə start verilir. Qeyd edək ki, layihə İncəsənət sahəsinə marağı və bacarığı olan şəxslərin ortaya çıxarılması, onların əl qabiliyyətlərinin nümayiş etdirilərək gördükləri işin tanıdılması ilə yanaşı, Azərbaycanda da dünyanın bir çox ölkələrində yayılmış bu tip rəsmlərin Street Art şəklində tanıdılması və inkişaf etdirilməsindən ibarətdir. Bununla yanaşı layihənin əsas məqsədi cəmiyyəti dünyanın digər yerlərində məhşur olan bu rəsm formatı ilə tanış etmək, qabiliyyətli şəxslərə şərait yaratmaq, kiçik festival xarakterli bu tədbirlə ölkəmizin gənclərində bu sahəyə maraq yaratmaq və incəsənətimizi təbliğ etməkdir. Layihədə iştirak etmək istəyən şəxslərdən (fərdi və ya komanda şəkilində) xahiş olunurki, əvvəlcədən öz rəsmlərinin qısa təsvirini, hazırlayacaq şəxslərin komanda adı və komanda heyətinin üzvlərinin adı və soyadı yazılmaqla 14 noyabr tarixinədək aşağıda göstərilən elektron ünvanlara göndərərək qeydiyyatdan keçsinlər.

İnformasiya dəstəkçisi: edumap.az

Layihə rəhbəri : Kamran Daşdəmirov

Baş kordinator– Aygün Fetullayeva

Kordinator- Gündüz Bəxtiyarov

Əlaqə: – 0515282714

Aygün e-mail: [email protected] – 0556013161

Gündüz e-mail: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)