28 Avqust 16:06

Stress Və Stressin İdarə Olunması seminarı

“Brain Design” şirkəti artıq daha bir silsilə təlimi ilə sizin xidmətinizdədir. “Binəqədi Gənclər Evi”ndə keçiriləcək dördüncü görüşümüzdə sizinlə uzman psixoloji konsultant, psixoterapevt Anar Babayevin təqdimatında ” Stress və Stressin İdarə Olunması” mövzusu ilə birlikdə olacayıq.

Yerlər məhdud sayda nəzərdə tutulduğundan qeydiyyatdan keçməyə tələsin.
Təlim tam Ödənişsizdir və sizin inkişafınıza xidmət edir.

“STRESS və STRESSİN İDARƏ OLUNMASI”

Mövzu barədə:
Bu günlərdə dünyamız və bizi çevrələyən ətraf mühit o qədər gərginləşmişdir ki, insanın daşıdığı psixi yük gündən-günə, saatdan-saata artmaqda davam edir. Sosial şəbəkələrdən, televiziyadan, eləcə də ayrı-ayrı adamlardan alınan daim bilgi bombardmanı insanlara güclü təsir edir. Gözünün qabağında baş verən hadisələr isə onu hövsələdən çıxarır, güclü həyəcan keçirməyə, çıxış yolu axtarmağa, kimdənsə mənəvi yardım ummağa məcbur edir. Bəs bütün bu proseslərin nəticəsi kimi yaranan stress nə üçün var, nəyə xidmət edir? bütün bu və digər suallara 1 sentyabr tarixində Anar Babayevin təqdimatında sizlərlə cavab tapacayıq..
Təlimdə toxunulacaq mövzular:
– Stress nədir?
– Stress bizə necə təsir edir?
– Stressin bioloji və psixoloji səbəbləri
– Stressi idarə etmə yolları və ya stressi necə idarə etməli

Spiker: ANAR BABAYEV
Spiker haqqında:
Uzman Psixoloq / Psixoterapevt

1986-cı ildə Bakı şəhərində anadan olub. 2009-2013- cü
illər arasında Ankara Universitetinin Təhsildə Psixoloji Xidmətlər fakültəsinin “Psikolojik Danışma ve Rehberlik” ixtisası üzrə təhsil alıb. Daha sonra 2013-2016- cı illər arasında eyni universitetdə eyni ixtisas üzrə magistr dərəcəsi alıb. Əsas ixtisaslaşma sahəsi “bütün yaş qruplarında olan insanlarla bərabər, uşaqlıq illərindən başlayaraq bir insanın həyat boyu inkişaf və karyera hədəflərində onlara necə dəstək verilir” mövzusu üzərində olmuşdur.

Təhsil həyatı boyunca bir çox seminar və konfranslarda iştirak edərək öz sahəsində ixtisaslaşmışdır. Türkiyədə olduğu müddətdə öz sahəsi üzrə 3 illik iş təcrübəsinə malik olub.

İştirak etdiyi bəzi seminar ve konfranslar:
– Yeniyetmələrdə psixososyal inkişaf və psixoloji sağlamlıq – 2011
– Cinsi sağlamlıq mövzusunda təlim – 2012
– Duyğusal zəka: həyata uyğunlaşma açarı – 2012
– Cinsiyyət və romantik əlaqələr – 2012
– Ailədə psixososial xidmətlər – 2013
– Özəl müəssisələrdə psixoloji xidmət – 2014
– Beyin çalışmalarının psixoterapiya sahəsinə təsiri – 2015
– Uşaq istismarı ve flört istismarı – 2016

Təlimdə iştirak ÖDƏNİŞSİZDİR.
Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir..

Qeydiyyat linki;
https://forms.gle/Xgke3qBERxBYT2pz5

Ünvan: Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi,13/37

Əlaqə nömrələri:
+994556826244
+994775334186

Bəyən və paylaş

Rəylər

rəy(lər)